Tarix:05/06/14
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2013-cü ildə bütün dünyada təxminən 13 milyon daşınan cihaz tədarük edilib. Bu günlərdə Tayvanda keçirilən “Computex Taipei 2014” illik sərgisində MIC-in baş analitiki Cessika Xsu deyib ki, cari ildə bu göstərici 34.9 milyonadək artacaq. Bu halda o bildirib ki, 2014-cü ildə daşınan elektronikanın tədarük həcminin 76,7%-ni smart-qolbaq və "ağıllı" saatlar təşkil edəcək.
Proqnoza görə, daha sonra daşınan qurğular bazarının həcmi ildə orta hesabla 62% artacaq, 2018-ci ilədək bu seqmentin həcmi 145,2 milyona çatacaq.
Başqa nüfuzlu analitik şirkətlər də daşınan elektronika bazarında artım haqda məlumat veriblər. Belə ki, “IDC”-nin bu ilin aprelində dərc edilmiş proqnozuna əsasən, 2014-cü ildə istehsalçılar bütün dünyada 19 milyondan çox bu cür qurğu buraxacaqlar ki, bu da ötən ilin göstəricisindən üç dəfə yüksəkdir.
Emil Hüseynov
Analitiklər daşınan elektronika bazarında kəskin artım haqda proqnoz veriblər
Tayvanın “Market Intelligence and Consulting Institute” (MIC) analitik təşkilatının mütəxəssislərinin proqnozuna görə, yaxın 4 ildə qlobal daşınan elektronika bazarında kəskin artım müşahidə olunacaq.“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2013-cü ildə bütün dünyada təxminən 13 milyon daşınan cihaz tədarük edilib. Bu günlərdə Tayvanda keçirilən “Computex Taipei 2014” illik sərgisində MIC-in baş analitiki Cessika Xsu deyib ki, cari ildə bu göstərici 34.9 milyonadək artacaq. Bu halda o bildirib ki, 2014-cü ildə daşınan elektronikanın tədarük həcminin 76,7%-ni smart-qolbaq və "ağıllı" saatlar təşkil edəcək.
Proqnoza görə, daha sonra daşınan qurğular bazarının həcmi ildə orta hesabla 62% artacaq, 2018-ci ilədək bu seqmentin həcmi 145,2 milyona çatacaq.
Başqa nüfuzlu analitik şirkətlər də daşınan elektronika bazarında artım haqda məlumat veriblər. Belə ki, “IDC”-nin bu ilin aprelində dərc edilmiş proqnozuna əsasən, 2014-cü ildə istehsalçılar bütün dünyada 19 milyondan çox bu cür qurğu buraxacaqlar ki, bu da ötən ilin göstəricisindən üç dəfə yüksəkdir.
Emil Hüseynov
Baxış sayı: 596
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib