12px13px15px17px
Tarix:05/06/14

Azərbaycana gələn miqrantlar üçün videoçarxlar və slaydlar hazırlanıb

Dövlət Miqrasiya Xidməti (DMX) ölkəmizə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Miqrasiya Məcəlləsinin tələblərinə uyğun, olduğu yer üzrə qeydiyyatı ilə bağlı maarifləndirilməsi istiqamətində hədəf qruplarına yönəlmiş yeni layihələrə start verib.

DMX-dən verilən məlumata görə, Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin xətti ilə paytaxtın avtobus dayanacaqlarında xidmətin müxtəlif dillərdə təqdim etdiyi videoçarxlar və slaydların nümayişi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.
 
Bundan əlavə miqrantların səfər marşrutları nəzərə alınaraq gözəlliyi və funksional keyfiyyətləri ilə seçilən Heydər Əliyev Beynəlxalq Aeroportunun yenicə istifadəyə verilmiş Aerovağzal Kompleksinin uçub gəlmə zalında məlumatlandırma xarakterli videomaterialların yayımı DMX tərəfindən ölkəmizə qədəm qoyan hər bir əcnəbiyə vəzifəsini xatırlatmaqla yanaşı, sözün əsl mənasında, həm də onların hüquqlarının müdafiəsi kimi qiymətləndirilir. Qanunvericiliyin tələblərinə əsasən Azərbaycan Respublikasında 3 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata düşmələrinin vacibliyinin diqqətə çatdırıldığı məlumatlandırma xarakterli materiallar Bakı Dəmiryolu Vağzalında quraşdırılmış xüsusi monitorda da gün boyu yayımlanır.
 
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Bakıdan Qazaxıstanın Aktau və Türkmənistanın Türkmənbaşı dəniz limanlarına və əks-istiqamətə reyslər həyata keçirən   gəmilərində də DMX-nin təqdim etdiyi videoçarx və slaydlar nümayiş olunur. Dövlət Miqrasiya Xidmətinin məqsədi qanunvericiliyin tələblərini, ölkədə leqal yaşamanın zəruriliyini, qanunsuz miqrasiyanın elə qanunsuz miqrantın özü üçün ciddi təhlükə olduğunu hədəf qruplarına çatdırmaqdır.
 
Bütün bunlardan əlavə, maarifləndirmə xarakterli bukletlərin çapı və yayımı, o cümlədən müvəqqəti yaşama icazəsinin verilməsi qaydalarının əks olunduğu videomaterialların telekanallarda nümayişi həyata keçirilməkdədir.
 
CAHANGİR



Baxış sayı: 696

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024