Tarix:06/06/14
“ICTnews” xəbər xidmətinin məlumatına görə, 03-28 iyun tarixlərində komitənin mobil ofisləri vasitəsilə Göyçay, Kürdəmir, Zərdab, Salyan, Sabirabad, Saatlı, Neftçala, Hacıqabul, Ağcabədi, Füzuli, İmişli, Tərtər, Ağdam, Naftalan və Goranboy rayonlarından olan vətəndaşlara qeydiyyat xidmətləri göstəriləcək. Bu xidmətlərdən qeyd olunan şəhər və rayon sakinləri ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 148 saylı “qaynar xətt”inə zəng etməklə faydalana bilərlər.
Yerlərdə mobil ofislər vasitəsilə qeydiyyat xidmətlərinin təşkilində məqsəd qeydiyyat xidmətlərinin vətəndaşlara daha rahat və əlverişli üsullarla çatdırılması, daşınmaz əmlakın qeydiyyatı sahəsində sosial məmnunluğun təmin olunmasıdır.
Komitədən bildirilib ki, mobil ofislərdə göstərilən xidmətlərə daşınmaz əmlakın qeydiyyatı üçün sənədlərin qəbulu, həmin sənədlərin qanunauyğunluğunun yerindəcə yoxlanılması, növbəti prosedurlar barədə ətraflı məlumatın çatdırılması və daşınmaz əmlakın qeydiyyatı ilə bağlı vətəndaşlara zəruri hüquqi məsləhətlərin verilməsi aiddir: “Vətəndaşlar təyin olunmuş xüsusi nəqliyyat vasitəsində zəruri sənədləri xüsusi nümayəndəyə təqdim edir.
Nümayəndə sənədləri yoxlamaqla, müvafiq istiqamət və məsləhətləri verməklə vətəndaşa yerindəcə xidmət göstərir. Eyni zamanda, komitənin mobil ofisləri vasitəsilə daşınmaz əmlakın qeydiyyatı prosesində texniki məsələlərin həlli, yerində baxış və mühəndislik işlərinin həyata keçirilməsi, daşınmaz əmlakın müayinəsi, ərazilərdə əmlakların texniki plan-ölçüləri və çöl-ölçmə işlərinin aparılması həyata keçirilir. Bütün bunlar daşınmaz əmlakın qeydiyyatının daha çevik, sürətli və vaxta qənaət etməklə təmin olunmasına səbəb olmaqdadır.
Qeyd edək ki, daxil olan müraciətlər əsasında indiyədək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Yevlax şəhərləri, Şəmkir, Göygöl, Daşkəsən, Samux, Gədəbəy, Ağdaş, Qax, Balakən, Ağstafa, Qazax rayonlarında, həmçinin bu şəhər və rayonların mərkəzdən uzaq kənd və qəsəbələrində mobil ofislər vasitəsilə 1600-ə yaxın vətəndaşa qeydiyyat xidmətləri göstərilib”.
SEYMUR
Mobil ofislər vətəndaşlara daha rahat xidmət göstərilməsini təmin edir
Əmlak Məsələləri Dövlət Komitəsi aprel ayından start verdiyi xüsusi təbəqədən olan insanlara mobil ofislər vasitəsilə yerlərdə qeydiyyat xidmətlərinin göstərilməsini davam etdirir. Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlər bu mobil ofislər vasitəsilə (xüsusi nəqliyyat vasitələrində) əlilliyi olan, ahıl, sağlamlıq imkanları məhdud insanlar, hərəkət çətinliyi səbəbindən ərazi qeydiyyat idarələrinə gələ bilməyən vətəndaşlara çatdırılır.“ICTnews” xəbər xidmətinin məlumatına görə, 03-28 iyun tarixlərində komitənin mobil ofisləri vasitəsilə Göyçay, Kürdəmir, Zərdab, Salyan, Sabirabad, Saatlı, Neftçala, Hacıqabul, Ağcabədi, Füzuli, İmişli, Tərtər, Ağdam, Naftalan və Goranboy rayonlarından olan vətəndaşlara qeydiyyat xidmətləri göstəriləcək. Bu xidmətlərdən qeyd olunan şəhər və rayon sakinləri ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 148 saylı “qaynar xətt”inə zəng etməklə faydalana bilərlər.
Yerlərdə mobil ofislər vasitəsilə qeydiyyat xidmətlərinin təşkilində məqsəd qeydiyyat xidmətlərinin vətəndaşlara daha rahat və əlverişli üsullarla çatdırılması, daşınmaz əmlakın qeydiyyatı sahəsində sosial məmnunluğun təmin olunmasıdır.
Komitədən bildirilib ki, mobil ofislərdə göstərilən xidmətlərə daşınmaz əmlakın qeydiyyatı üçün sənədlərin qəbulu, həmin sənədlərin qanunauyğunluğunun yerindəcə yoxlanılması, növbəti prosedurlar barədə ətraflı məlumatın çatdırılması və daşınmaz əmlakın qeydiyyatı ilə bağlı vətəndaşlara zəruri hüquqi məsləhətlərin verilməsi aiddir: “Vətəndaşlar təyin olunmuş xüsusi nəqliyyat vasitəsində zəruri sənədləri xüsusi nümayəndəyə təqdim edir.
Nümayəndə sənədləri yoxlamaqla, müvafiq istiqamət və məsləhətləri verməklə vətəndaşa yerindəcə xidmət göstərir. Eyni zamanda, komitənin mobil ofisləri vasitəsilə daşınmaz əmlakın qeydiyyatı prosesində texniki məsələlərin həlli, yerində baxış və mühəndislik işlərinin həyata keçirilməsi, daşınmaz əmlakın müayinəsi, ərazilərdə əmlakların texniki plan-ölçüləri və çöl-ölçmə işlərinin aparılması həyata keçirilir. Bütün bunlar daşınmaz əmlakın qeydiyyatının daha çevik, sürətli və vaxta qənaət etməklə təmin olunmasına səbəb olmaqdadır.
Qeyd edək ki, daxil olan müraciətlər əsasında indiyədək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Yevlax şəhərləri, Şəmkir, Göygöl, Daşkəsən, Samux, Gədəbəy, Ağdaş, Qax, Balakən, Ağstafa, Qazax rayonlarında, həmçinin bu şəhər və rayonların mərkəzdən uzaq kənd və qəsəbələrində mobil ofislər vasitəsilə 1600-ə yaxın vətəndaşa qeydiyyat xidmətləri göstərilib”.
SEYMUR
Baxış sayı: 692
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır