12px13px15px17px
Tarix:06/06/14

Gənc pedaqoqlara internet resurslarından effektiv istifadənin yolları öyrədilir

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi  ilə “Gənc pedaqoqların İnternet resurslarından effektiv istifadəsinə yardım” layihəsi həyata keçirilir.
 
Adıçəkilən fonddan “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə,  layihə çərçivəsində İsmayıllı rayonunda 2 gün rayonun gənc müəllimləri üçün təlim keçirilib. Təlimlər zamanı gənclər  internetin imkanlarından daha səmərəli istifadə yolları, iş saytları, uğurlu karyera haqqında dəyərli məlumatlar alıblar.
 
“Təlimlər interaktiv mühitdə reallaşdırılıb. Gənclərə Veb 2.0 texnologiyaları, internet resursları, yerli və beynəlxalq müsabiqələrdə iştirak, İKT əsaslı, interaktiv dərs mühitinin qurulması haqqında ətraflı bilgilər verilib. Eyni zamanda, treninq iştirakçılarına mövzu ilə bağlı müxtəlif elektron və çap materialları paylanılıb. Sonda
iştirakçılara diplomlar təqdim edilib” – deyə fonddan bildirilib.
 
 
SEYMUR



Baxış sayı: 705

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024