Tarix:06/06/14
“ICTnews” xəbər xidmətinin “www.therunet.com” saytına istinadən verdiyi məlumata əsasən, “Twitter” variant olaraq “SoundCloud”, “Spotify” və “Pandora” kimi iri musiqi servislərini almaq məsələsini nəzərdən keçirir. “Twitter”in direktoru artıq “Soundcloud”la danışıqlar aparır.
Musiqi servisinin alınması “Twitter”ə yeni istifadəçiləri cəlb etməyə və mövcud olanları saxlamağa imkan verəcək.
Son samanlar servisin auditoriyasının artımı ləngiməyə başlayıb, nəticədə şirkətin səhmlərinin qiyməti, demək olar, iki dəfə azalıb.
Razılaşma bir neçə milyard dollar təşkil edə bilər, lakin analitiklər hesab edirlər ki, hazırda “Twitter”in bu məbləğdə pulu yoxdur. Servis ötən ilin payızında keçirilmiş, İPO-da 2,1 milyard dollar cəlb edib, lakin hələ də gəlirsiz sayılır.
Ötən il “Twitter” özünəməxsus “Twitter Music” əlavəsini istifadəyə verib, lakin o, istifadəçilər arasında böyük tələbat doğurmadı və 2014-cü ilin martında bağlanıb. Mayın sonunda məlum oldu ki, “Apple” şirkəti musiqili servis və qulaqcıq istehsalçısı “Beats”i üç milyard dollara alıb. Razılaşma şirkətin tarixində ən iri işbirliyi kimi qeydə alınıb.
Aynur Vəliyeva
“Twitter” musiqili xidmət göstərmək istəyir
Dünyada ən məşhur sosial şəbəkələrdən biri olan “Twitter” musiqili servis almaq imkanını nəzərdən keçirir.“ICTnews” xəbər xidmətinin “www.therunet.com” saytına istinadən verdiyi məlumata əsasən, “Twitter” variant olaraq “SoundCloud”, “Spotify” və “Pandora” kimi iri musiqi servislərini almaq məsələsini nəzərdən keçirir. “Twitter”in direktoru artıq “Soundcloud”la danışıqlar aparır.
Musiqi servisinin alınması “Twitter”ə yeni istifadəçiləri cəlb etməyə və mövcud olanları saxlamağa imkan verəcək.
Son samanlar servisin auditoriyasının artımı ləngiməyə başlayıb, nəticədə şirkətin səhmlərinin qiyməti, demək olar, iki dəfə azalıb.
Razılaşma bir neçə milyard dollar təşkil edə bilər, lakin analitiklər hesab edirlər ki, hazırda “Twitter”in bu məbləğdə pulu yoxdur. Servis ötən ilin payızında keçirilmiş, İPO-da 2,1 milyard dollar cəlb edib, lakin hələ də gəlirsiz sayılır.
Ötən il “Twitter” özünəməxsus “Twitter Music” əlavəsini istifadəyə verib, lakin o, istifadəçilər arasında böyük tələbat doğurmadı və 2014-cü ilin martında bağlanıb. Mayın sonunda məlum oldu ki, “Apple” şirkəti musiqili servis və qulaqcıq istehsalçısı “Beats”i üç milyard dollara alıb. Razılaşma şirkətin tarixində ən iri işbirliyi kimi qeydə alınıb.
Aynur Vəliyeva
Baxış sayı: 632
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib