Tarix:07/06/14
ATU-dan “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, tədbirdə ATU rektoru, akademik Əhliman Əmiraslanov, Türkiyənin tanınmış cərrahları, beynəlxalq mütəxəssislər iştirak ediblər.
Konfransın açılışında, hazırda Azərbaycanda müasir cərrahiyyənin yüksək texnologiyalı istiqamətlərindən biri olan endocərrahi əməliyyatların aparıldığı və bunun üçün bütün tələb olunan avadanlıqların mövcud olduğu bildirilib.
İstanbul Bilim Universitetinin rektoru Çavlan Çiftçi Türkiyədə endoskopik və robotik cərrahiyyə sahəsində qazanılan uğurlardan danışıb və çıxışını videotəqdimatla yekunlaşdırıb. Sonra Azərbaycan Tibb Universiteti və İstanbul Bilim universitetləri arasında qarşılıqlı əməkdaşlıq protokolu imzalanıb.
Konfransda “Qaraciyər sirrozu fonunda laparoskopik xolesistektomiya”, “Ginekologiya və ginekoloji onkologiyada robotik cərrahiyyənin yeri” mövzusunda məruzələr təqdim edilib. Konfransın gedişində həmçinin “Laparoskopik kolorektal cərrahiyyə”, “Ağciyər xərçənglərində minimal invazif cərrahiyyə”, “Neyroonkoloji xəstəliklərdə yeni texnologiya və metodlar” və digər mövzular üzrə müzakirələr aparılıb.
Aynur Vəliyeva
Azərbaycan Tibb Universitetində endoskopik və robotik cərrahiyyəyə həsr olunmuş konfrans keçirilib
Azərbaycan Tibb Universitetinin (ATU) Cərrahiyyə Klinikasında endoskopik və robotik cərrahiyyəyə həsr olunmuş konfrans keçirilib.ATU-dan “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, tədbirdə ATU rektoru, akademik Əhliman Əmiraslanov, Türkiyənin tanınmış cərrahları, beynəlxalq mütəxəssislər iştirak ediblər.
Konfransın açılışında, hazırda Azərbaycanda müasir cərrahiyyənin yüksək texnologiyalı istiqamətlərindən biri olan endocərrahi əməliyyatların aparıldığı və bunun üçün bütün tələb olunan avadanlıqların mövcud olduğu bildirilib.
İstanbul Bilim Universitetinin rektoru Çavlan Çiftçi Türkiyədə endoskopik və robotik cərrahiyyə sahəsində qazanılan uğurlardan danışıb və çıxışını videotəqdimatla yekunlaşdırıb. Sonra Azərbaycan Tibb Universiteti və İstanbul Bilim universitetləri arasında qarşılıqlı əməkdaşlıq protokolu imzalanıb.
Konfransda “Qaraciyər sirrozu fonunda laparoskopik xolesistektomiya”, “Ginekologiya və ginekoloji onkologiyada robotik cərrahiyyənin yeri” mövzusunda məruzələr təqdim edilib. Konfransın gedişində həmçinin “Laparoskopik kolorektal cərrahiyyə”, “Ağciyər xərçənglərində minimal invazif cərrahiyyə”, “Neyroonkoloji xəstəliklərdə yeni texnologiya və metodlar” və digər mövzular üzrə müzakirələr aparılıb.
Aynur Vəliyeva
Baxış sayı: 616
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır