12px13px15px17px
Tarix:07/06/14

Bakıda “Elektron ticarət” üzrə seminar keçirilir

Türkiyənin aparıcı elektron ticarət saytlarının təmsilçiləri Bakıda təşkil olunmuş birgünlük "master class"-da çıxış edirlər.

Qafqaz Universitetində təşkil olunan tədbirdə iştirakçılar "E-ticarətdə iş modelləri", "E-ticarətdə brend mövqeləndirilməsi", "E-ticarətə ümumi baxış", "E-ticarətdə logistika və əməliyyat idarəetməsi", "E-ticarətdə iş planının qurulması", "E-ticarətdə müştəri təcrübəsi yaratmaq" kimi istiqamətlər üzrə məlumatlandırılacaqlar. Natiqlər sırasında "Google Turkey"-dən  Sedat Kılıç, "Sahibinden.com"-dan Ebru Kundakçı, "Markafoni.com"-dan  Hakkı Arıkan, "Doğan Online"-dan Emre Ekmekçi, "Garanti Payment Systems"-dən  Arda Çağatay,  "Akakce.com"-dan Koray Karataş,  "Evmanya.com"-dan Aslı Kökdere,  "KobiMaster"-dən Murat Özler və "Retargeting by spot.az"-dan Elşad Yusiflinin adları var.

Tədbir, ölkəmizdə elektron ticarət sahəsinə yaranan maraq və e-Ticarətin Azərbaycan bazarı üçün önəmli bir sahə olmasını nəzərə alaraq keçirilir.

"Central Business School (CBS)" nəzdində keçirilən  "e-Ticarət master class", "Digitera" şirkəti tərəfindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə təşkil olunub.
 
 
Seminar elektron ticarət sahəsində çalışan mütəxəssislər və ya bu sahədə karyera qurmaq istəyənlərin düzgün istiqamətləndirilməsinə yardım məqsədi daşıyır: "Cəmi bir gün davam edəcək "master class"-da iştirakçılar bilik səviyyəsini artıracaq, real təcrübələri birinci şəxslərdən dinləmək imkanı qazanacaqlar.
 
Sonda hər bir iştirakçıya sertifikat təqdim ediləcək.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1115

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024