Tarix:09/06/14
Müsabiqənin birinci mərhələsində seçilmiş 12 layihə arasında Titan gölündə metanın tədqiqi üçün sualtı gəmi, kənar planet buzlaqlarının öyrənilməsi üçün neytron teleskop və Yer yaxınlığından ötüb keçən asteroidlərin ələ keçirilməsi üçün gəmi layihələri yer alıb.
Birinci mərhələnin qalibləri doqquz ay müddətinə 100 min dollar məbləğində qrantla mükafatlandırılacaqlar. Bu müddət ərzində təklif olunan layihənin praktiki şəkildə həyata keçirilməsi imkanının öyrənilməsi planlaşdırılır. Birinci mərhələnin nəticələri müsbət olsa, müəlliflər ikiillik müddətə daha 500 min dollar məbləğində maliyyələşdirmə üçün müraciət etmək imkanı əldə edəcəklər. Agentlik əsas vəzifələrin həyata keçirilməsinə kömək edəcək perspektivli, uzunmüddətli layihələr axtarışındadır.
“NASA”-nın 2015-ci ilin büdcə layihəsində Marsa pilotlu uçuşa hazırlıq, asteroidlərin öyrənilməsi və Beynəlxalq Kosmik Stansiyaya uçuşlar üçün xərclər nəzərdə tutulub. Agentlik artıq 2021-ci ilədək təxminən on metrlik ölçüyə malik asteroidin ələ keçirilməsinin və onun Yerətrafı orbitə qoşqu edilməsinin mümkün olacağını düşünür, - "Computerworld www.osp.ru” yazır.
“NASA” elmi-fantastik layihələr müsabiqəsinin ilk mərhələsinin qaliblərini elan edib
ABŞ Milli Aerokosmik Agentliyi (NASA) elmi-fantastik layihələr müsabiqəsinin ilk mərhələsinin qaliblərini elan edib. Agentliyin innovasiya və perspektivli konsepsiya proqramının məqsədi indiyədək yalnız elmi fantastikada rast gəlinən layihələrin həyata keçirilməsi imkanının öyrənilməsindən ibarətdir.Müsabiqənin birinci mərhələsində seçilmiş 12 layihə arasında Titan gölündə metanın tədqiqi üçün sualtı gəmi, kənar planet buzlaqlarının öyrənilməsi üçün neytron teleskop və Yer yaxınlığından ötüb keçən asteroidlərin ələ keçirilməsi üçün gəmi layihələri yer alıb.
Birinci mərhələnin qalibləri doqquz ay müddətinə 100 min dollar məbləğində qrantla mükafatlandırılacaqlar. Bu müddət ərzində təklif olunan layihənin praktiki şəkildə həyata keçirilməsi imkanının öyrənilməsi planlaşdırılır. Birinci mərhələnin nəticələri müsbət olsa, müəlliflər ikiillik müddətə daha 500 min dollar məbləğində maliyyələşdirmə üçün müraciət etmək imkanı əldə edəcəklər. Agentlik əsas vəzifələrin həyata keçirilməsinə kömək edəcək perspektivli, uzunmüddətli layihələr axtarışındadır.
“NASA”-nın 2015-ci ilin büdcə layihəsində Marsa pilotlu uçuşa hazırlıq, asteroidlərin öyrənilməsi və Beynəlxalq Kosmik Stansiyaya uçuşlar üçün xərclər nəzərdə tutulub. Agentlik artıq 2021-ci ilədək təxminən on metrlik ölçüyə malik asteroidin ələ keçirilməsinin və onun Yerətrafı orbitə qoşqu edilməsinin mümkün olacağını düşünür, - "Computerworld www.osp.ru” yazır.
Baxış sayı: 646
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır