12px13px15px17px
Tarix:09/06/14

Azərbaycan “G-cloud” sisteminə qoşularsa, bizi nələr gözləyir?

İnformasiya texnologiyaları sənayesinə güclü təsir göstərməkdə davam edən “bulud” texnologiyalarından istifadəyə bütün dünyada maraq artır. Bu marağı və tələbatı qarşılamaq üçün “Google”, “Microsoft”, “Amazon” kimi İT bazarının nəhəngləri fəaliyyətlərini informasiya texnologiyaları və kompüter bazarını arxasınca aparacaq daha etibarlı, mənfəətli “bulud” platformalarının istehsalına yönəltməkdə israrlıdırlar. Ölkəmizdə də “bulud” texnologiyalarına keçid, onların tətbiqinin genişlənməsi aktualdır.
 
Məsələ ilə bağlı fikirlərini “webbala.com” layihəsinin rəhbəri, “bulud” və virtuallaşdırma texnologiyaları üzrə mütəxəssis Nicat Manafov  “Rabitə dünyası” ilə paylaşıb:
 
 
 “Azərbaycan “G-clouda” qoşularsa, bizi nələr gözləyir? Hamıya məlumdur ki, respublikamızın qarşısında duran mühüm vəzifələrdən biri dövlət işlərinin asanlaşdırılması və sürətləndirilməsi ilə bağlı addımlardır. İnsanların hər hansı bir dövlət idarəsinə getmədən, evindən kompüter, “ağıllı” telefon, planşet və ya “ağıllı” televizor vasitəsilə bu xidmətlərdən necə yararlanması vacib məsələdir. Artıq bu istiqamətdə ilk addımlar atılıb və “E-ASAN” xidməti fəaliyyətə başlayıb. Bunu daha geniş əhaliyə çatdırmaq üçün xidmətlərin evlərə gəlməsi qaçılmazdır. Bu necə olacaq ? Əlbəttə ki, internet texnologiyaları ilə. “Omni-Channel” məntiqi ilə artıq bir xidmətə, istənilən texnologiya vasitəsi ilə bütün xidmətlərdən problemsiz istifadə etmək mümkün olacaq. Amma bu da sonda başqa bir problemə, “data” – məlumatların artması probleminə yol açacaq. “BigData” probleminin yaranma səbəbi məhz budur. “BigData” problemini həll etməyin tək yolu hovuz sistemi ilə resursları birləşdirmək və tək bir hovuz sistemindən analiz etməkdir”.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1024

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024