Tarix:09/06/14
“Knox” əlavələrin mühafizəli virtual mühitdə işini təmin edir ki, bu da nazirlik daxilində əməkdaşların şəxsi telefonlarından istifadəsinə imkan yaradır. Onlar qurğunu yenidən yükləmədən düyməni bir dəfə basmaqla adi və təhlükəsiz rejimə keçə biləcəklər.
Pentaqon və ABŞ-ın digər federal hökumət orqanlarının qulluqçuları “Galaxy S4” və “Galaxy S4 Active”, “Galaxy Note 3” smartfonlarından, eləcə də “Galaxy Note Pro 12.2” və “Galaxy Note 10” planşet kompüterlərindən istifadə etmək imkanı əldə edəcəklər. Aparatlar “Android 4.4 KitKat” əməliyyat sisteminin idarəetməsi ilə işləyir.
“Samsung” nümayəndələrinin sözlərinə görə, Müdafiə Nazirliyini razı salmaq heç də asan olmayıb, çünki belə qurğular yüzlərlə tələbə cavab verməli, o cümlədən daha təkmil məlumat şifrləmə sistemi və elektronikaya qanunsuz müdaxilənin əlamətlərinin aşkarlanması texnologiyası ilə təmin edilməlidir.
Şirkət “Knox” platforması ilə komplektləşdirilən digər “Galaxy” smartfon və planşetlərin də ABŞ hərbçiləri tərəfindən bəyəniləcəyinə ümid edir, - “DailyComm www.dailycomm.ru” yazır.
Pentaqon Cənubi Koreya istehsalçısının dörd mobil qurğusunu bəyənib
ABŞ Müdafiə Nazirliyi Cənubi Koreyanın “Samsung” şirkətinin dörd mobil qurğusunu əməkdaşlar tərəfindən ictimai şəbəkələrdə istifadə üçün bəyənib. Qurğular “Android” əməliyyat sisteminin ən sonuncu versiyası ilə işləyir və “Knox” funksiyasını dəstəkləyir.“Knox” əlavələrin mühafizəli virtual mühitdə işini təmin edir ki, bu da nazirlik daxilində əməkdaşların şəxsi telefonlarından istifadəsinə imkan yaradır. Onlar qurğunu yenidən yükləmədən düyməni bir dəfə basmaqla adi və təhlükəsiz rejimə keçə biləcəklər.
Pentaqon və ABŞ-ın digər federal hökumət orqanlarının qulluqçuları “Galaxy S4” və “Galaxy S4 Active”, “Galaxy Note 3” smartfonlarından, eləcə də “Galaxy Note Pro 12.2” və “Galaxy Note 10” planşet kompüterlərindən istifadə etmək imkanı əldə edəcəklər. Aparatlar “Android 4.4 KitKat” əməliyyat sisteminin idarəetməsi ilə işləyir.
“Samsung” nümayəndələrinin sözlərinə görə, Müdafiə Nazirliyini razı salmaq heç də asan olmayıb, çünki belə qurğular yüzlərlə tələbə cavab verməli, o cümlədən daha təkmil məlumat şifrləmə sistemi və elektronikaya qanunsuz müdaxilənin əlamətlərinin aşkarlanması texnologiyası ilə təmin edilməlidir.
Şirkət “Knox” platforması ilə komplektləşdirilən digər “Galaxy” smartfon və planşetlərin də ABŞ hərbçiləri tərəfindən bəyəniləcəyinə ümid edir, - “DailyComm www.dailycomm.ru” yazır.
Baxış sayı: 669
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır