12px13px15px17px
Tarix:09/06/14

Azərbaycan internet istifadəçiləri xarici saytları necə “varlandırır”?

Bu gün milli kontentin, internet resurslarımızın azlığı yerli istifadəçilərin daha çox xarici veb saytlardan istifadə etməsi ilə nəticələnir. Ölkəmizin inkişafı üçün yerli veb saytların trafikinin artması çox vacib haldır. Əgər bunu etməsək, internet resurs idxalı artacaq, xarici ölkələrin virtual məhsulları bazarımıza girib, ölkə daxilində olan pulun xarici şirkətlərin büdcələrinə getməsi ilə nəticələnəcək.
 
Bu fikri “Rabitə dünyası”na “http://webbala.com/” layihəsinin həmtəsisçilərindən biri, “bulud” və virtuallaşdırma texnologiyaları üzrə mütəxəssis Nicat Manafov bildirib.
 
Onun sözlərinə görə, Azərbaycan istifadəçilərinin virtual xidmətlərə ən çox pul xərclədiyi portalların siyahısına “Facebook Ads”, “Google Adwords”, “Apple App Store”, “Google Play Store” daxildir: “Bunun ən böyük səbəbi yerli internet bazarında bu portallara rəqibin olmamağı və ya bu platformada şirkətlərin monopolist olmasıdır. Unutmayın ki, xaricə çıxan hər dollar daxili resursun 1 dollar həcmində azalmasına səbəb olur. Çox təəssüf olsun ki, bu şirkətlər bizim ölkəmizə 1 qəpik belə vergi ödəmirlər”.
 
 
Mütəxəssis qeyd edir ki, “Alexa.Com”-un statistikasına görə, Azərbaycanda ən çox daxil olunan Top 10 saytın siyahısı belədir:
 
 “Facebook.Com”

 “Google.Az”
 
 "Youtube.Com”
 
“Google.Com”
 
“Mail.Ru”
 
“Wikipedia.Org”
 
 “Trend.Az”
 
“Google.Ru”
 
 “Apa.Az”
 
  “Day.Az”

 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 831

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024