Tarix:10/06/14
“ICTNews” xəbər xidmətinin “www.therunet.com” saytına istinadən verdiyi məlumata əsasən, “Facebook”un video və təsvirlərin mübadiləsi üçün nəzərdə tutulmuş bu servisi məşhur “Snapchat” əlavəsinə oxşayır.
“Slingshot” istifadəçiləri bir-birinə foto və videokontent göndərə bilərlər. “Snapchat”dan fərqli olaraq “Slingshot” istifadəçiləri dostları tərəfindən göndərilmiş məlumatla tanış olmaq üçün öz kontentlərini paylaşmalıdırlar. Ehtimal edilir ki, bu qaydanın əsas məqsədi servisin virus kimi yayılmasının təmin edilməsidir.
“Slingshot”da, “Snapchat”dan fərqli olaraq, istifadəçilər göndərilmiş foto və videonu bölüşmək imkanı əldə edəcəklər və bundan bir neçə saniyə keçdikdən sonra onlar silinəcək.
“Slingshot” servisi “App Store”da təqdim edildikdən bir müddət sonra oradan götürülüb.
“Facebook”un nümayəndələri bildiriblər ki, onlar “təsadüfən” əlavəni vaxtından öncə sayta qoyublar və onu bir müddət sonra yükləmək mümkün olacaq.
“Facebook” artıq 2012-ci ildə “Snapchat”ın “kloun”unu yaradıb. Əlavə “Poke” adlanıb və böyük populyarlıq qazanmayıb. Bu ilin may ayında şirkət onu “App Store”dan ləğv edib.
Ötən il “Facebook” sosial şəbəkəsi “Snapchat”ı 3 milyard dollara almaq istəyib, lakin servisin yaradıcısı Evan Şpiqel bu təklifi qəbul etməyib.
“Google” axtarış sistemi də servisi 4 milyard dollara almaq cəhdi göstərib və mətbuatda bildirilib ki, bu şirkətin də təklifi qəbul edilməyib.
Aynur Vəliyeva
“Facebook” satın ala bilmədiyi şirkətə rəqib oldu
Bir neçə ölkədə iyunun 9-dan 10-a keçən gecə “App Store”da “Slingshot” əlavəsi peyda olub.“ICTNews” xəbər xidmətinin “www.therunet.com” saytına istinadən verdiyi məlumata əsasən, “Facebook”un video və təsvirlərin mübadiləsi üçün nəzərdə tutulmuş bu servisi məşhur “Snapchat” əlavəsinə oxşayır.
“Slingshot” istifadəçiləri bir-birinə foto və videokontent göndərə bilərlər. “Snapchat”dan fərqli olaraq “Slingshot” istifadəçiləri dostları tərəfindən göndərilmiş məlumatla tanış olmaq üçün öz kontentlərini paylaşmalıdırlar. Ehtimal edilir ki, bu qaydanın əsas məqsədi servisin virus kimi yayılmasının təmin edilməsidir.
“Slingshot”da, “Snapchat”dan fərqli olaraq, istifadəçilər göndərilmiş foto və videonu bölüşmək imkanı əldə edəcəklər və bundan bir neçə saniyə keçdikdən sonra onlar silinəcək.
“Slingshot” servisi “App Store”da təqdim edildikdən bir müddət sonra oradan götürülüb.
“Facebook”un nümayəndələri bildiriblər ki, onlar “təsadüfən” əlavəni vaxtından öncə sayta qoyublar və onu bir müddət sonra yükləmək mümkün olacaq.
“Facebook” artıq 2012-ci ildə “Snapchat”ın “kloun”unu yaradıb. Əlavə “Poke” adlanıb və böyük populyarlıq qazanmayıb. Bu ilin may ayında şirkət onu “App Store”dan ləğv edib.
Ötən il “Facebook” sosial şəbəkəsi “Snapchat”ı 3 milyard dollara almaq istəyib, lakin servisin yaradıcısı Evan Şpiqel bu təklifi qəbul etməyib.
“Google” axtarış sistemi də servisi 4 milyard dollara almaq cəhdi göstərib və mətbuatda bildirilib ki, bu şirkətin də təklifi qəbul edilməyib.
Aynur Vəliyeva
Baxış sayı: 640
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib