12px13px15px17px
Tarix:10/06/14

“Startup Azərbaycan” yarımfinalçıları seçilib

“Startup Azərbaycan” müsabiqəsində iştirak edən startupların 1-ci mərhələdə qiymətləndirilməsinin nəticələri müzakirə edilib.  

Müsabiqənin Təşkilat Komitəsindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, müsabiqəyə 42 startup müraciət etsə də, “Startup Azərbaycan” qaydalarına uyğun olan 28 startup yarışmaya buraxılıb və onların 1-ci mərhələ qiymətləndirməsində “Startup Azərbaycan” Ekspert Komissiyasının 10  eksperti iştirak edib.
 
Ekspertlər startup komandaları tərəfindən təqdim edilən layihə məlumatları əsasında layihənin  ideyası və davamlılığı, cəlbedici olması, riskləri,  gəlirliliyi, əhatə dairəsi, komandanın təcrübəsi  və s. istiqamətlər üzrə təhlil edərək qiymətləndirmə aparıblar.

Ekspertlərin qiymətləndirməsinin nəticələrinə əsasən  “Startup Azərbaycan” TK-nın qərarı ilə 15 startup “Startup Azərbaycan” yarışmasında yarımfinalçı seçilməklə mübarizəni davam etdirmək statusu qazanıb.  Bu, “BethClip”,  “WorkForce”, “Goo Media Marketing”,  “Xərcim.az”, "Al - Gəlsin", “TezBazar”, “WEARn”, “Sağlam Azərbaycan”, “Your Trends”, “Social Butterfly”,  “İwork.az” - iş və xidmət axtarış servisi, “KnowBox”, “Butarek”, “E-tap”, “Events Azerbaijan” startuplarıdır.
 
Yarımfinalçılar 2-ci qiymətləndirmə mərhələsi üçün 10 gün müddətində əhatəli biznes-planlar təqdim etməlidirlər. Biznes planların hazırlanmasına kömək məqsədilə ötən həftə müsabiqədə iştirak edən startup komandalarına beynəlxalq və yerli ekspertlərin iştirakı ilə  xüsusi təlimlər də keçirilib. Yarımfinalçılar  geniş biznes –planlar əsasında hazırladıqları təqdimatla ekspertlər qarşısında oflayn formada layihələrinin təqdimatını etməlidirlər.
 

Yarımfinalçıların təqdimatları əsasında ekspertlərin qiymətləndirməsi aparılacaq və “Startup Azərbaycan 2014” finalçıları müəyyən olunacaq.



“Startup Azərbaycan” yekun təqdimat mərasiminin və ənənəvi “Startup Azərbaycan” Milli Konfransinin, finala çıxan startuplarla investorların qapalı görüşünün  iyulun 3-də keçirilməsi planlaşdırılır.
 
Qeyd edək ki, “Startup Azərbaycan” Azərbaycan İnternet Forumunun təşkilatçılığı ilə keçirilir. “Startup Azərbaycan” layihəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının inkişafı Dövlət Fondu,  Yüksək Texnologiyalar Parkı, “İnfiPro”, “SİNAM” və “Bakcell” şirkətləri dəstək verirlər. “Startup Azərbaycan”ın akademik partnyoru ADA Universitetidir. 
 
Aynur Vəliyeva


 



Baxış sayı: 741

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024