Tarix:11/06/14
Bu məsələ ilə bağlı mətbuata açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev xarici sürücülərin cərimələnməməsinin səbəblərini açqlayıb. Onun sözlərinə görə, xarici dövlət nömrə nişanlı avtomobillər də sürət həddini keçirsə, radarlar tərəfindən qeydə alınır. Onların avtomobillərinin fotoşəkillərinin çəkildiyini vurğulayan K.Əliyev informasiya bazasında həmin avtomobilin sahibi haqqında məlumatın olmadığını deyib:
“Ona görə də onlara qarşı elektron protokol tərtib olunması mümkün deyil. Ölkəmizdən tranzit məqsədilə istifadə edən və sürət həddini keçən avtomobil sahiblərinə qarşı cərimə tətbiq olunmur. Bizdə bu sistem hələ ki, Dövlət Sərhəd Xidmətinin informasiya bazasına qoşulmayıb. Buna görə də məlumat dərhal həmin bazaya ötürülə bilmir. Özü də bu hadisələrin sayı çox olmur. Bu, çox nadir haldır və yol hərəkətində ciddi təhlükə yaratmır. Amma bütün bu sistem mərkəzləşəndən və “Elektron hökumət” portalına yüklənəndən sonra məlumat Dövlət Sərhəd Xidmətinə də ötürüləcək. Bundan sonra həmin vətəndaşlar da Azərbaycan Respublikası ərazisində törətdikləri inzibati xətaya görə cərimə ödəyəcəklər”.
SEYMUR
Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi: “Bu sistem “ Elektron hökumət” portalına yüklənəndən sonra bir sıra problemlər aradan qalxacaq”
Qayda pozuntusuna yol verən sürücülərin cərimələnməsi sistemi mərkəzləşəndən və bu sistem “Elektron hökumət” portalına yüklənəndən sonra hazırda yaşanan bir sıra problemlər aradan qalxacaq.Bu məsələ ilə bağlı mətbuata açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev xarici sürücülərin cərimələnməməsinin səbəblərini açqlayıb. Onun sözlərinə görə, xarici dövlət nömrə nişanlı avtomobillər də sürət həddini keçirsə, radarlar tərəfindən qeydə alınır. Onların avtomobillərinin fotoşəkillərinin çəkildiyini vurğulayan K.Əliyev informasiya bazasında həmin avtomobilin sahibi haqqında məlumatın olmadığını deyib:
“Ona görə də onlara qarşı elektron protokol tərtib olunması mümkün deyil. Ölkəmizdən tranzit məqsədilə istifadə edən və sürət həddini keçən avtomobil sahiblərinə qarşı cərimə tətbiq olunmur. Bizdə bu sistem hələ ki, Dövlət Sərhəd Xidmətinin informasiya bazasına qoşulmayıb. Buna görə də məlumat dərhal həmin bazaya ötürülə bilmir. Özü də bu hadisələrin sayı çox olmur. Bu, çox nadir haldır və yol hərəkətində ciddi təhlükə yaratmır. Amma bütün bu sistem mərkəzləşəndən və “Elektron hökumət” portalına yüklənəndən sonra məlumat Dövlət Sərhəd Xidmətinə də ötürüləcək. Bundan sonra həmin vətəndaşlar da Azərbaycan Respublikası ərazisində törətdikləri inzibati xətaya görə cərimə ödəyəcəklər”.
SEYMUR
Baxış sayı: 868
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib