12px13px15px17px
Tarix:11/06/14

Radiovasitələrin yoxlanılması üzrə laboratoriyanın yaradılması planlaşdırılır

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Dövlət Radiotezliklər İdarəsi (DRİ)  radiovasitələrin yoxlanılması üzrə laboratoriyanın yaradılmasını planlaşdırır.
 
DRİ-dən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, artıq idarənin mütəxəssisləri  Türkiyə və Ukraynada yaradılmış laboratoriyaların işi ilə tanış olub.
 
“ Laboratoriyanın yaradılması ilə bağlı təkliflər təqdim edilib. Dövlət büdcəsindən layihənin reallaşdırılması üçün ayrılan vəsaitdən asılı olaraq biz yüksək tezliklərlə işləyən ən son texnologiyalar əsasında qurulmuş laboratoriya yaratmağa hazırıq”, - deyə DRİ-dən bildiriblər.
Qeyd edək ki, ölkələrin daxili tələblərindən asılı olaraq bu tip  laboratoriyaların yaradılması layihələrinin  həyata keçirilməsi onlarla milyon avroya başa gəlir.
 
Aynur Vəliyeva



Baxış sayı: 617

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024