Tarix:11/06/14
“ICTnews” xəbər xidmətinin komitənin rəsmi məlumatına istinadən verdiyi məlumata görə, tədbirdə Statistika Komitəsinin Qiymət statistikası şöbəsinin müdiri Elman Qasımzadə iştirak edib.
Sessiyanın gündəliyinə Beynəlxalq Əmək Təşkilatının (BƏT) və Beynəlxalq Valyuta Fondunun (BVF) birgə hazırladıqları “İQİ üçün təlimatlar: nəzəriyyə və təcrübə” metodoloji vəsaitinin 2004-cü il versiyasının yenilənməsi”, “Mövsümi malların müşahidəsi və daimi olmayan məhsullar üzrə qiymət indekslərinin hesablanması”, “İsrail təcrübəsində tərəvəz məhsullarının emprik illüstrasiya üzrə qurulmuş indeksləri”, “İnflyasiyanın real səviyyəsi”, “Yerli və idxal məhsullarının məlumatları üzrə hesablanmış istehlak qiymətləri indeksi”, “İnternet vasitəsilə geyim mallarının qiymətlərinin toplanması”, “Yeni texnologiyalar və yeni mənbələr”, “Skan olunmuş məlumatların imkanları və bu sahədə qarşıya çıxan suallar”, “İstehlak qiymətləri indeksində seçmə müşahidədə yarana biləcək səhvlər”, “Mobil telefonlar üzrə məlumatların işlənməsi metodologiyası”, “Xidmət sahəsində istehlak qiymətləri indeksinin hesablanması üzrə metodoloji izahlar”, “Kommersiya daşınmaz əmlakının qiymət indeksləri”, “Məlumatların keyfiyyətinin qorunması və idarə edilməsi” kimi mövzular daxil olub.
Sessiyanın sonunda 2016-cı ildə keçiriləcək növbəti sessiyanın gündəliyi müzakirə olunmuş və gələcək işlərlə bağlı təkliflər qəbul olunub.
İclasda Amerika Birləşmiş Ştatları, Avropa, MDB, Asiya, Afrika və dünyanın digər ölkələrinin milli statistika orqanlarının mütəxəssisləri, eləcə də Avropa Mərkəzi Bankının, Beynəlxalq Əmək Təşkilatının, Avropa Statistika Bürosunun, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının, MDB Dövlətlərarası Statistika Komitəsinin, Sakit Okean Birliyi Katibliyinin, Şərqi Afrika Statistika Tədris Mərkəzinin, Tiflis Dövlət Universitetinin, Britaniya Kolumbiya Universitetinin və Tokio Universitetinin nümayəndələri iştirak ediblər.
Aynur Vəliyeva
Azərbaycan statistik məlumatların hazırlanmasında informasiya texnologiyalarının istifadəsi ilə bağlı beynəlxalq müzakirələrdə iştirak edib
Azərbaycan Dövlət Statistika Komitəsi mayın 26-28-də BMT-nin Avropa İqtisadi Komissiyası və Beynəlxalq Əmək Təşkilatının təşkilatçılığı ilə İsveçrənin Cenevrə şəhərində keçirilmiş istehlak qiymətləri indeksinə həsr olunmuş ekspert qrupunun sessiyasında təmsil olunub.“ICTnews” xəbər xidmətinin komitənin rəsmi məlumatına istinadən verdiyi məlumata görə, tədbirdə Statistika Komitəsinin Qiymət statistikası şöbəsinin müdiri Elman Qasımzadə iştirak edib.
Sessiyanın gündəliyinə Beynəlxalq Əmək Təşkilatının (BƏT) və Beynəlxalq Valyuta Fondunun (BVF) birgə hazırladıqları “İQİ üçün təlimatlar: nəzəriyyə və təcrübə” metodoloji vəsaitinin 2004-cü il versiyasının yenilənməsi”, “Mövsümi malların müşahidəsi və daimi olmayan məhsullar üzrə qiymət indekslərinin hesablanması”, “İsrail təcrübəsində tərəvəz məhsullarının emprik illüstrasiya üzrə qurulmuş indeksləri”, “İnflyasiyanın real səviyyəsi”, “Yerli və idxal məhsullarının məlumatları üzrə hesablanmış istehlak qiymətləri indeksi”, “İnternet vasitəsilə geyim mallarının qiymətlərinin toplanması”, “Yeni texnologiyalar və yeni mənbələr”, “Skan olunmuş məlumatların imkanları və bu sahədə qarşıya çıxan suallar”, “İstehlak qiymətləri indeksində seçmə müşahidədə yarana biləcək səhvlər”, “Mobil telefonlar üzrə məlumatların işlənməsi metodologiyası”, “Xidmət sahəsində istehlak qiymətləri indeksinin hesablanması üzrə metodoloji izahlar”, “Kommersiya daşınmaz əmlakının qiymət indeksləri”, “Məlumatların keyfiyyətinin qorunması və idarə edilməsi” kimi mövzular daxil olub.
Sessiyanın sonunda 2016-cı ildə keçiriləcək növbəti sessiyanın gündəliyi müzakirə olunmuş və gələcək işlərlə bağlı təkliflər qəbul olunub.
İclasda Amerika Birləşmiş Ştatları, Avropa, MDB, Asiya, Afrika və dünyanın digər ölkələrinin milli statistika orqanlarının mütəxəssisləri, eləcə də Avropa Mərkəzi Bankının, Beynəlxalq Əmək Təşkilatının, Avropa Statistika Bürosunun, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının, MDB Dövlətlərarası Statistika Komitəsinin, Sakit Okean Birliyi Katibliyinin, Şərqi Afrika Statistika Tədris Mərkəzinin, Tiflis Dövlət Universitetinin, Britaniya Kolumbiya Universitetinin və Tokio Universitetinin nümayəndələri iştirak ediblər.
Aynur Vəliyeva
Baxış sayı: 679
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır