12px13px15px17px
Tarix:11/06/14

2018-ci ilədək dünya internet trafikinin həcmi üç dəfə yüksələcək

"Cisco" şirkətinin illik "Visual Networking Index Global Mobile Data Traffic Forecast for 2013 to 2018" (Vizual şəbəkə texnologiyalarının inkişaf indeksi: 2013-2018-ci illər üçün dünya mobil trafikinin inkişaf proqnozu) proqnozuna görə, yaxın beş ildə dünya internet trafikinin həcmi internet istifadəçilərinin və mobil qurğuların sayının, şəbəkələrin buraxılış qabiliyyətinin və videokontentə baxışın artması sayəsində üç dəfə yüksələcək.
 
ABŞ şəbəkə avadanlığı istehsalçısının ekspertlərinin proqnozlarına əsasən, 2018-ci ildə mobil və stasionar şəbəkələrlə ötürülən internet məlumatlarının həcmi 1,6 zettabayta çatacaq ki, bu da 1983-2013-cü illərdə - 20 il ərzində dünyada generasiya olunan trafikdən çoxdur. Məlumat üçün qeyd edək ki, 1,6 zettabayt "YouTube" videohostinqində 4,5 trilyon videoklipə və 940 kvadrilyon mətnli məlumata uyğun olan 1,5 trilyon qiqabayt deməkdir.  
 
Dörd ildən sonra dünya internet trafikinin 43 faizini fərdi kompüterlər, qalan həcmi smartfon, planşet kompüter, televizor və "Machine-to-Machine - M2M" (kompüterlərarası əlaqə) kimi qurğular generasiya edəcək. 2013-cü ildə kompüter trafikinin həcmi 67 faizə bərabər olub.



2018-ci ilədək "M2M" qoşulmaların sayı Yer kürəsi əhalisinin proqnozlaşdırılan 7,6 milyardlıq sayına yaxınlaşacaq (7,3 milyard). Bundan başqa, internet bağlantılarının ümumi sayının 2013-cü ildəki 12,4 milyarda nisbətdə 21 milyarda çatacağı gözlənilir. Həmin müddət ərzində dünyada hər bir insanın payına təxminən 2,7 qoşulmuş qurğu düşəcək, halbuki ötən il bu göstərici 1,7 qurğu təşkil edib.


"Cisco"nun araşdırmasında o da qeyd olunur ki, yaxın dörd ildə mobil və "Wi-Fi" şəbəkələrinə qoşulmuş qurğulardan xaric olunan dünya internet trafikinin payı 61 faizədək artacaq, qalan 39 faiz isə stasionar rabitə şəbəkəsi trafikinin payına düşəcək. 2013-cü ildə stasionar rabitə şəbəkəsi trafikdə 56 faizlik paya sahib olub.



Videokontent dünya İP-trafikinin əsas hissəsinə nəzarət etməkdə davam edəcək. 2013-cü ildə internetdə baxılan videoçarxların payı qlobal trafikin 66 faizinə bərabər idisə, dörd ildən sonra bu göstərici 79 faizədək yüksələcək, bu həcmin təxmin 11 faizi isə "UltraHD" (4K) formatlı kontentin payına düşəcək.



Qeyd olunan müddət ərzində genişzolaqlı kanallarla internetə çıxışın orta sürətinin iki dəfə - 16 Mbit/saniyədən 42 Mbit/saniyəyədək artacağı proqnozlaşdırılır. Həmçinin vurğulanır ki, generasiya edilən trafikin az hissəsi simsiz şəbəkələr (49 faizi "Wi-Fi", 12 faizi mobil) vasitəsilə ötürüləcək, - "DailyComm www.dailycomm.ru" yazır.   





Baxış sayı: 672

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024