Tarix:12/06/14
Konfransda çıxış edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Azərbaycan Hüquqşünaslar Konfederasiyasının sədri Əli Hüseynli ölkədə məhkəmə sistemində elektronlaşma istiqamətində atılan addımlardan danışıb. O, elektron məhkəmə sisteminin əhəmiyyətini qeyd edərək bildirib ki, bu gün Prezident İlham Əliyevin bilavasitə tapşırıqları ilə əhaliyə səmərəli xidmət göstərilməsi, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması və vətəndaş məmnunluğunun artırılması üzrə məqsədyönlü strategiya həyata keçirilir.
Ümumi Məhkəmə Hakimləri Assosiasiyasının sədri, Yasamal Rayon Məhkəməsinin sədri Ələddin Cəfərov deyib ki, məhkəmə sisteminin müasirləşdirilməsi üzrə həyata keçirilən köklü islahatlar çərçivəsində məhkəmə fəaliyyətinin elektronlaşdırılması və müxtəlif texnoloji yeniliklərin tətbiqi obyektiv zərurətə çevrilib. Onun sözlərinə görə, “Elektron məhkəmə” informasiya sisteminin yaradılması məhkəməyə müraciət imkanlarının daha da genişlənməsinə, ədalət mühakiməsinin həyata keçirilməsində baş verə biləcək süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, şəffaflıq və operativliyin təmin edilməsinə, məhkəmə qərarlarının icrasına nəzarətin effektivliyinin artırılmasına, elektron kargüzarlığın və sənəd dövriyyəsinin təmin olunmasına xidmət edəcək:
“Yaxın keçmişdə hakimlər makinada yazırdısa, bu gün məhkəmə sistemində hansı nailiyyətlərin olduğu göz önündədir. Elektron məhkəmə sistemi vaxt itkisinin və digər neqativ halların aradan qaldırılmasına yönəlib. İnsanlar məhkəmə qərarlarını almaq üçün dəfələrlə məhkəməyə gəlirdi. Məsələn, məhkəmə qərarları hazır olmurdu. Artıq bunlar arxada qalıb. Görülən işlər nəticəsində məhkəmə işlərə ədalətli baxılması sahəsində problem olmayacaq. İnsanlar səbirli olmalıdır, ilkin dövrdə yeni nailiyyətlərin tətbiqində çətinliklər olacaq. Yasamal Rayon Məhkəməsi elektron məhkəmə sisteminin tətbiqi sahəsində pilot məhkəmədir. İlkin dövrdə bu sistem insanlar üçün çətin gəlsə də, sonra bunun daha asan və əlverişli olduğunun şahidi olacaqlar”.
Daha sonra Yasamal Məhkəməsinin hakimi, Avropa Şurası Ədalət Mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) eksperti Ramin Qurbanov CEPEJ haqqında danışaraq bildirib ki, adıçəkilən təşkilat 2004-cü ildə yaradılıb və Azərbaycan bu quruma qoşulub. Ölkəmizin bu komissiyada 2011-ci ildən təmsil olunduğunu və Avropa Şurasına üzv ölkələrə tövsiyələrin hazırlanmasında iştirak etməyə başladığını vurğulayan R.Qurbanov deyib ki, Avropada orta hesabla 100 min nəfərə 20 hakim, Azərbaycanda isə son illər hakimlərin sayının iki dəfəyə qədər artırılmasına baxmayaraq, 100 min nəfərə 7 hakim düşür:
“Bir sıra Avropa ölkələrində də 100 min nəfərə düşən hakimlərin sayı 20 hakimdən azdır. Digər tərəfdən, mülki işlər son illərdə 7 dəfə artıb. Ona görə də son tövsiyələr məhkəmə sistemində İKT-nin tətbiqinə yönəlir. Yəni əsas çıxış yolu məhkəmə sistemində İKT-nin tətbiqidir. Hazırda Estoniya, Portuqaliya, Avstriya və Maltada məhkəmələrdə tam İKT tətbiq olunub. Bu ölkələrdə sadəcə, elektron statistika tətbiq olunmayıb”.
Hazırda Azərbaycanda 13 məhkəmənin elektron məhkəmə sisteminin qurulması üçün pilot olaraq seçildiyini söyləyən R. Qurbanovun sözlərinə görə, vətəndaşlar müraciət edərək bütün sənədləri əldə edəcəklər: “Vətəndaşa sms-lə yekun məhkəmə aktına qədər sənədlər göndəriləcək. Cəmiyyət özü öz işi ilə tanış olarsa, bu, məhkəmə işinin təşkilinə də müsbət təsir göstərəcək. Eyni zamanda, elektron statistika tətbiq olunur. İşlərin bölgüsü elektron qaydada aparılır, hakimin məhkəmə sədrindən də müstəqilliyi təmin olunur”.
Seymur Qasımbəyli
“Əsas çıxış yolu məhkəmə sistemində İKT-nin tətbiqidir”
Bu gün “Açıq hökumət: “Elektron Məhkəmə” İnformasiya sisteminin quruculuğunun İctimai Müzakirəsi” adlı konfrans keçirilib.Konfransda çıxış edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Azərbaycan Hüquqşünaslar Konfederasiyasının sədri Əli Hüseynli ölkədə məhkəmə sistemində elektronlaşma istiqamətində atılan addımlardan danışıb. O, elektron məhkəmə sisteminin əhəmiyyətini qeyd edərək bildirib ki, bu gün Prezident İlham Əliyevin bilavasitə tapşırıqları ilə əhaliyə səmərəli xidmət göstərilməsi, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması və vətəndaş məmnunluğunun artırılması üzrə məqsədyönlü strategiya həyata keçirilir.
Ümumi Məhkəmə Hakimləri Assosiasiyasının sədri, Yasamal Rayon Məhkəməsinin sədri Ələddin Cəfərov deyib ki, məhkəmə sisteminin müasirləşdirilməsi üzrə həyata keçirilən köklü islahatlar çərçivəsində məhkəmə fəaliyyətinin elektronlaşdırılması və müxtəlif texnoloji yeniliklərin tətbiqi obyektiv zərurətə çevrilib. Onun sözlərinə görə, “Elektron məhkəmə” informasiya sisteminin yaradılması məhkəməyə müraciət imkanlarının daha da genişlənməsinə, ədalət mühakiməsinin həyata keçirilməsində baş verə biləcək süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, şəffaflıq və operativliyin təmin edilməsinə, məhkəmə qərarlarının icrasına nəzarətin effektivliyinin artırılmasına, elektron kargüzarlığın və sənəd dövriyyəsinin təmin olunmasına xidmət edəcək:
“Yaxın keçmişdə hakimlər makinada yazırdısa, bu gün məhkəmə sistemində hansı nailiyyətlərin olduğu göz önündədir. Elektron məhkəmə sistemi vaxt itkisinin və digər neqativ halların aradan qaldırılmasına yönəlib. İnsanlar məhkəmə qərarlarını almaq üçün dəfələrlə məhkəməyə gəlirdi. Məsələn, məhkəmə qərarları hazır olmurdu. Artıq bunlar arxada qalıb. Görülən işlər nəticəsində məhkəmə işlərə ədalətli baxılması sahəsində problem olmayacaq. İnsanlar səbirli olmalıdır, ilkin dövrdə yeni nailiyyətlərin tətbiqində çətinliklər olacaq. Yasamal Rayon Məhkəməsi elektron məhkəmə sisteminin tətbiqi sahəsində pilot məhkəmədir. İlkin dövrdə bu sistem insanlar üçün çətin gəlsə də, sonra bunun daha asan və əlverişli olduğunun şahidi olacaqlar”.
Daha sonra Yasamal Məhkəməsinin hakimi, Avropa Şurası Ədalət Mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) eksperti Ramin Qurbanov CEPEJ haqqında danışaraq bildirib ki, adıçəkilən təşkilat 2004-cü ildə yaradılıb və Azərbaycan bu quruma qoşulub. Ölkəmizin bu komissiyada 2011-ci ildən təmsil olunduğunu və Avropa Şurasına üzv ölkələrə tövsiyələrin hazırlanmasında iştirak etməyə başladığını vurğulayan R.Qurbanov deyib ki, Avropada orta hesabla 100 min nəfərə 20 hakim, Azərbaycanda isə son illər hakimlərin sayının iki dəfəyə qədər artırılmasına baxmayaraq, 100 min nəfərə 7 hakim düşür:
“Bir sıra Avropa ölkələrində də 100 min nəfərə düşən hakimlərin sayı 20 hakimdən azdır. Digər tərəfdən, mülki işlər son illərdə 7 dəfə artıb. Ona görə də son tövsiyələr məhkəmə sistemində İKT-nin tətbiqinə yönəlir. Yəni əsas çıxış yolu məhkəmə sistemində İKT-nin tətbiqidir. Hazırda Estoniya, Portuqaliya, Avstriya və Maltada məhkəmələrdə tam İKT tətbiq olunub. Bu ölkələrdə sadəcə, elektron statistika tətbiq olunmayıb”.
Hazırda Azərbaycanda 13 məhkəmənin elektron məhkəmə sisteminin qurulması üçün pilot olaraq seçildiyini söyləyən R. Qurbanovun sözlərinə görə, vətəndaşlar müraciət edərək bütün sənədləri əldə edəcəklər: “Vətəndaşa sms-lə yekun məhkəmə aktına qədər sənədlər göndəriləcək. Cəmiyyət özü öz işi ilə tanış olarsa, bu, məhkəmə işinin təşkilinə də müsbət təsir göstərəcək. Eyni zamanda, elektron statistika tətbiq olunur. İşlərin bölgüsü elektron qaydada aparılır, hakimin məhkəmə sədrindən də müstəqilliyi təmin olunur”.
Seymur Qasımbəyli
Baxış sayı: 999
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır