12px13px15px17px
Tarix:12/06/14

Azərbaycanda dövlət elektron xidmətləri “bulud” texnologiyaları üzərindən təqdim ediləcək

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Elektron hökumət” proqramı çərçivəsində dövlət elektron xidmətlərini “bulud” texnologiyaları üzərindən göstərməyə başlayır.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi əhalinin elektron xidmətlərə olan çıxışını mümkün qədər asanlaşdırmaq niyyətindədir.

Hazırda  ölkənin bütün regionlarından olan insanların elektron xidmətlərdən istifadəsini  asanlaşdırmaq, dövlət qurumlarına müraciət üçün məsrəfləri azaltmaq məqsədi ilə əhaliyə mobil və stasionar qurğulardan elektron xidmətlərə çıxış imkanı yaradılıb.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 595

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024