Tarix:13/06/14
Təhsil müəssisələrinin İKT avadanlıqları ilə təminatı vəziyyətinə aydınlıq gətirən Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov qeyd edib ki, başa çatan dərs ilində 70 təhsil müəssisəsi genişzolaqlı internet xəttinə qoşulub:
“405 nəfər laborant və müəllim İKT üzrə təlimlərə cəlb olunub. 1,200 nəfər pedaqoji və inzibati heyət üzvünə elektron məktəbin idarəedilməsi üzrə təlimlər keçirilib. 660 nəfər fənlər üzrə elektron təhsil resurslarından istifadə üzrə təlimlərə cəlb olunub. 220 nəfər “Həmkara dəstək” təlimlərindən keçib. 1,135 nəfər layihə əsaslı öyrənmə təlimlərinə cəlb edilib”.
Bundan başqa, ümumtəhsil müəssisələrinin fənn laboratoriyaları müasir tələblərə cavab verən avadanlıqlarla təmin olunub. Respublika üzrə 240, o cümlədən Bakı şəhərindəki 27 ümumtəhsil müəssisəsində 370 fizika, kimya və biologiya fənn laboratoriyası müasir avadanlıqlarla təmin olunub. Sektor müdiri qeyd edib ki, təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində təhsil texnologiyalarının tətbiqi üzrə işçi qrupu da yaradılıb:
“10.000 şagirdin sağlamlıq vəziyyətinin tibbi-gigiyenik və
psixoloji monitorinqi keçirilir. Növbəti tədris ilindən paytaxtdakı 5 ümumtəhsil müəssisəsinin 10 pilot sinfində sağlam təlim texnologiyalarının tətbiqinə başlanacaq”.
Həqiqət İSABALAYEVA
Təhsil müəssisələrinin İKT avadanlıqları ilə təminatı vəziyyəti açıqlanıb
2013-2014-cü tədris ilində təhsil müəssisələri 3,695 ədəd kompüter, 4,853 ədəd notebook, 1,971 ədəd proyektor, 2,600 ədəd elektron lövhə ilə təmin edilib.Təhsil müəssisələrinin İKT avadanlıqları ilə təminatı vəziyyətinə aydınlıq gətirən Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov qeyd edib ki, başa çatan dərs ilində 70 təhsil müəssisəsi genişzolaqlı internet xəttinə qoşulub:
“405 nəfər laborant və müəllim İKT üzrə təlimlərə cəlb olunub. 1,200 nəfər pedaqoji və inzibati heyət üzvünə elektron məktəbin idarəedilməsi üzrə təlimlər keçirilib. 660 nəfər fənlər üzrə elektron təhsil resurslarından istifadə üzrə təlimlərə cəlb olunub. 220 nəfər “Həmkara dəstək” təlimlərindən keçib. 1,135 nəfər layihə əsaslı öyrənmə təlimlərinə cəlb edilib”.
Bundan başqa, ümumtəhsil müəssisələrinin fənn laboratoriyaları müasir tələblərə cavab verən avadanlıqlarla təmin olunub. Respublika üzrə 240, o cümlədən Bakı şəhərindəki 27 ümumtəhsil müəssisəsində 370 fizika, kimya və biologiya fənn laboratoriyası müasir avadanlıqlarla təmin olunub. Sektor müdiri qeyd edib ki, təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində təhsil texnologiyalarının tətbiqi üzrə işçi qrupu da yaradılıb:
“10.000 şagirdin sağlamlıq vəziyyətinin tibbi-gigiyenik və
psixoloji monitorinqi keçirilir. Növbəti tədris ilindən paytaxtdakı 5 ümumtəhsil müəssisəsinin 10 pilot sinfində sağlam təlim texnologiyalarının tətbiqinə başlanacaq”.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 1002
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib