12px13px15px17px
Tarix:13/06/14

Azərbaycanda rabitə xidməti üzrə artım 12 faizə çatıb

Azərbaycan Dövlət Statistika Komitəsi ölkənin bu ilin yanvar-may ayları üzrə iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini açıqlayıb.
 
Komitədən verilən məlumata görə, ölkədə fəaliyyət göstərən müəssisə və təşkilatlar, habelə fiziki şəxslər tərəfindən 2014-cü ilin ötən beş ayı ərzində 23.4 milyard manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 2.8 faiz çox Ümumi Daxili Məhsul istehsal edilib.
 
Öz növbəsində rabitə müəssisələri əhaliyə, idarə və təşkilatlara 594.5 milyon manatlıq, yaxud 2013-cü ilin müvafiq dövründəkindən 12.0 faiz çox rabitə xidməti göstəriblər. Xidmətlərin 72.5 faizi bilavasitə əhaliyə göstərilib və 12.6 faiz artıb.
 
CAHANGİR



Baxış sayı: 794

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024