12px13px15px17px
Tarix:14/06/14

Mobil şəbəkədə “LTE” standartının yeni modifikasiyasının sınağı keçirilib

Finlandiyanın “Nokia” şirkəti və Cənubi Koreyanın “SK Telecom” mobil rabitə operatoru mobil şəbəkədə 5 qiqabayt tutumlu faylı 11 saniyəyə ötürməyə imkan verən “LTE” standartının yeni modifikasiyasının sınağını keçirib.  

Bu yaxınlarda şirkətlər texnoloji işləmələr və genişzolaqlı mobil internet texnologiyaları sahəsində tərəfdaşlıq sazişi imzalayıb. Hazırda isə “Nokia” və “SK Telecom” “LTE-Advanced” standartının modifikasiyası olan yeni rabitə formatını sınaqdan keçirərək məlumatların 3,78 Qbit/saniyə sürətində ötürülməsinə nail olduqlarını bəyan ediblər. Xatırladaq ki, “LTE-A” məlumatları 300 Mbit/saniyə sürətində ötürməyə imkan verdiyi halda “LTE” bunu 150 Mbit/saniyəyə edir.

Bununla yanaşı, şirkətlər qeyd edirlər ki, keçirilmiş sınaq laboratoriya şəraitində baş tutmaqla rabitə seansı üçün qəbuledici və ötürücü 200 MHs dalğasında 10 spektral kanalda yer alıb. Praktikada mobil rabitənin hər genişzolaqlı mobil internet abunəçisinə məlumatların qəbulu və ötürülməsi üçün 10 kanalın ayrılması xüsusilə mobil rabitənin daha çox istifadə olunduğu şəhərlərdə qeyri-mümkün məsələ hesab edilir. “Nokia” və “SK Telecom”un sınaqlarında "FDD” və “TDD LTE” texnologiyalarından istifadə olunub.  

Tərəflərin birgə bəyanatında deyilir ki, praktikada abunəçilərin 3,78 Qbit/saniyə sürəti əldə edəcəkləri real görünməsə də, texnologiyanın inkişafı öz-özlüyündə genişzolaqlı mobil internetin genişlənməsində irəliyə atılmış addım hesab edilə bilər, - “Cybersecurity www.cybersecurity.ru” yazır.  


 



Baxış sayı: 862

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024