Tarix:17/06/14
“Samsung” şirkəti ən innovasiyalı planşet fərdi kompüteri istehsalçısı nominasiyasında qalib gəlib. Məhsulun satılması üçün ən uğurlu strategiya təklif edən şirkətlər arasında “Apple” şirkəti birinci olub. Ümumi hesab üzrə “Samsung” lider olub.
“Lenovo” şirkəti üçüncü yerdə qərarlaşıb. Çin şirkəti çeşidini artırmaq üçün xeyli iş görüb və hazırda geniş auditoriya arasında inkişaf etdirir.
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “ABI Research”in analitiki Stefani Van Vaktor deyir ki, “Samsung” və “Apple” şirkətlərinin sözsüz liderliyinə baxmayaraq, sözügedən bazarda rəqabət kəskinləşir, buna görə də yaxın illərdə mühüm dəyişikliklər istisna edilmir.
“IDC” analitiklərinin qiymətləndirməsinə görə, 2014-cü ilin birinci rübündə dünyada 50,4 milyon planşet buraxılıb ki, bu da ötən rüblə müqayisədə 35,7% azdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu mobil elektronikanın tədarükü 3,9% yüksəlib. “Apple” şirkəti bu dövrdə 16,4 milyon “iPad” tədarük edib ki, bu da ötən illə müqayisədə 16,1% daha azdır. Bu halda Kaliforniya istehsalçısının bazar payı 40,2-dən 32,5%-dək azalıb.
Emil Hüseynov
Ən yaxşı planşet istehsalçıları bəlli olub
“ABI Research” analitiklərinin versiyasına görə, “Samsung Electronics” korporasiyası ən yaxşı planşet kompüterlərinin istehsalçıları reytinqində yenidən liderdir. “Tablet Competitive Assessment” adlı tədqiqatda 23 ən böyük şirkət iştirak edib ki, onların da hər biri bir neçə meyar üzrə qiymətləndirilib.“Samsung” şirkəti ən innovasiyalı planşet fərdi kompüteri istehsalçısı nominasiyasında qalib gəlib. Məhsulun satılması üçün ən uğurlu strategiya təklif edən şirkətlər arasında “Apple” şirkəti birinci olub. Ümumi hesab üzrə “Samsung” lider olub.
“Lenovo” şirkəti üçüncü yerdə qərarlaşıb. Çin şirkəti çeşidini artırmaq üçün xeyli iş görüb və hazırda geniş auditoriya arasında inkişaf etdirir.
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “ABI Research”in analitiki Stefani Van Vaktor deyir ki, “Samsung” və “Apple” şirkətlərinin sözsüz liderliyinə baxmayaraq, sözügedən bazarda rəqabət kəskinləşir, buna görə də yaxın illərdə mühüm dəyişikliklər istisna edilmir.
“IDC” analitiklərinin qiymətləndirməsinə görə, 2014-cü ilin birinci rübündə dünyada 50,4 milyon planşet buraxılıb ki, bu da ötən rüblə müqayisədə 35,7% azdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu mobil elektronikanın tədarükü 3,9% yüksəlib. “Apple” şirkəti bu dövrdə 16,4 milyon “iPad” tədarük edib ki, bu da ötən illə müqayisədə 16,1% daha azdır. Bu halda Kaliforniya istehsalçısının bazar payı 40,2-dən 32,5%-dək azalıb.
Emil Hüseynov
Baxış sayı: 640
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır