12px13px15px17px
Tarix:18/06/14

Qəbələdə “TASİM”-in texniki-iqtisadi göstəriciləri nümayiş etdiriləcək

Cari ilin iyulun 11-də  Qəbələ şəhərində "Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM) üzrə 4-cü seminarın keçirilməsi nəzərdə tutulub. Bu barədə "ICTnews" elektron xəbər xidmətinə "TASİM" İşçi Qrupunun rəhbəri Zaur Həsənov məlumat verib.
 
O bildirib ki, artıq bütün tərəflər seminarda iştirak etməyə razılıqlarını veriblər.
 
Z.Həsənovun sözlərinə görə, 4-cü seminarın gündəliyinə bir sıra məsələlər daxil edilib.
 
Belə ki, sözügedən tədbirdə "TASİM"-in texniki-iqtisadi göstəriciləri iştirakçılara təqdim ediləcək, ötən ilin 3 dekabr tarixində Anlaşma Memorandumunun imzalandığı andan bu günə qədər görülən işlər diqqətə çatdırılacaq:
 
"Əldə olunan nailiyyətlər, mövqelərin uzlaşdırılması və prinsipial razılıq üzrə müzakirələr aparılacaq. Eyni zamanda, "TASİM"-in ən müasir tələblərə cavab verən texnoloji arxitekturasının müzakirəsi, mövcud olacaq tarif siyasəti və boru vasitəsilə ötürüləcək tutumların potensialı da müzakirəyə çıxarılacaq".
 
Seymur Qasımbəyli



Baxış sayı: 790

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024