12px13px15px17px
Tarix:18/06/14

“Microsoft” şirkəti planşetlərinin qiymətini ucuzlaşdırır

“Microsoft” şirkəti üçüncü nəsil “Surface Pro” planşet kompüterlərinin satışı ərəfəsində əvvəlki versiyaların qiymətini azaltmağa qərar verib. “Surface Pro 2” xəttinə məxsus modellər hazırda proqram nəhənginin internet mağazasında əvvəlki qiymətlə müqayisədə 100-200 dollar aşağı qiymətə təklif edilir.
 
“Surface Pro 2” planşetinin 64 QB-lıq modifikasiyasının qiyməti hazırda  800 dollardır (əvvəlki qiyməti 900 dollar olub). 128 QB-lıq daimi yaddaşa malik modeli 900 dollara satın almaq olar.
 
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Surface Pro 2” planşetinin ilkin modellərinin qiyməti daha çox azalıb. 256 və 512 QB sərtgövdəli daşıyıcılara malik aparatlar 1100 və 1600 dollar məbləğinə əlçatandır. Bu günədək bu planşetlər 200 dollar baha satılıb.
 
“Surface Pro 3” planşetlərinin qiyməti konfiqurasiyadan asılı olaraq 800-1950 dollar arasında dəyişəcək. Bu planşet 2160x1440 piksel təsvir ölçülü 12 düymlük ekran, dördüncü nəsil “Intel Core” prosessorlarından biri, 8 QB əməli və 512 QB daimi yaddaş, həmçinin “Intel HD Graphics 4400” qrafik sistemi ilə təchiz edilib. Sələfi ilə müqayisədə “Surface Pro 3” modeli daha nazik və yüngül olub.
 
Emil Hüseynov



Baxış sayı: 730

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024