12px13px15px17px
Tarix:18/06/14

Belarusun peyk operatoru ilə “Azərkosmos” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

Belarus Respublikasının peyk operatoru olan “Belintersat” şirkətinin rəhbər şəxslərindən ibarət nümayəndə heyəti “Azərkosmos” ASC-də olub.
 
 
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, səfərin əsas məqsədi iki ölkənin peyk operatorları arasında mümkün əməkdaşlıq perspektivlərinin müzakirəsi olub.
 
Səfər zamanı qonaqlar “Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində “Azərspace-1” peykinin idarə edilməsi prosesi, eləcə də,  İdarəetmə Mərkəzinin infrastrukturu və fəaliyyət prinsipləri ilə tanış olublar.
 
Səfər ərzində Belarus nümayəndə heyətinə “Azərkosmos” ASC-nin fəaliyyəti, kadr hazırlığı barədə ətraflı məlumat verilib, eləcə də Azərbaycanın peyk sənayesi və peyk xidmətləri sahəsindəki mövcud təcrübəsini qarşı tərəflə bölüşməsi istiqamətində fikir mübadiləsi aparılıb.
 
 Keçirilən görüşlərdə “Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin “Belintersat” üçün ehtiyat idarəetmə mərkəzi qismində mümkün fəaliyyətinə dair məsələ də müzakirə predmeti olub.
 
 
Qeyd edək ki, Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC rəqəmli yayım, VSAT şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir.
 
Ötən ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azərspace-1” peyki 46° Şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. 
 
Məlumat üçün bildirək ki, “Belintersat” tərəfindən Çinin “Great Wall Industrial Corporation” şirkətinə sifariş edilən “Belintersat-1” peykinin 2015-ci ildə 51,5° Şərq uzunluğu orbital mövqeyinə buraxılması nəzərdə tutulur.
 
 
Seymur
 



Baxış sayı: 1356

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024