Tarix:19/06/14
Görüşdə İshaq Cahangiri bildirib ki, İran öz xarici siyasətində qonşu dövlətlərlə, xüsusilə Azərbaycan ilə münasibətlərə xüsusi önəm verir.
O qeyd edib ki, iki ölkə arasında mədəni, tarixi və dini dəyərlər mövcuddur və bu dəyərlər dövlətlərin qardaşlıq əlaqələrinin daha da genişlənməsinə yol açır.
İranın birinci vitse-prezidenti bildirib ki, ölkələrimiz arasında ticarət dövriyyəsinin həcminin yüksəldilməsi üçün zəruri addımlar atılmalıdır.
Azərbaycan Respublikası Prezidentinin İrana səfərinə toxunan birinci vitse-prezident qeyd edib ki, səfər zamanı iki dövlət arasında çox faydalı sənədlər imzalanıb.
"Azərbaycan və İran prezidentlərinin apardıqları müzakirələr əlaqələrin dərinləşməsinə böyük imkan yaradıb. Bu səfər rəsmi Tehran ilə Bakı arasındakı münasibətlərdə yeni səhifə açıb".
Ə.Abbasov İranın Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı mövqeyinə görə minnətdarlığını bildirib. Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verən nazir deyib ki, məsələnin sülh yolu ilə həll olunması üçün fəaliyyət göstərən vasitəçilərin missiyası hələ ki, heç bir nəticə verməyib.
İranda keçirdiyi görüşlərdən və apardığı danışıqlardan məmnun qaldığını vurğulayan Ə.Abbasov deyib ki, rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində özəl sektorun təmsilçiləri də vardır və onlar iranlı həmkarları ilə iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi imkanlarını araşdırırlar.
Nazir qeyd edib ki, yaxın vaxtlarda Bakıda Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə dövlətlərarası müştərək komissiyanın iclası keçiriləcəkdir və bu iclasda ticarət dövriyyəsinin artırılması məsələsinə baxılacaqdır.
Nazir İranın birinci vitse-prezidenti ilə görüşüb
İran İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov iyunun 18-də bu ölkənin birinci vitse-prezidenti İshaq Cahangiri ilə görüşüb.Görüşdə İshaq Cahangiri bildirib ki, İran öz xarici siyasətində qonşu dövlətlərlə, xüsusilə Azərbaycan ilə münasibətlərə xüsusi önəm verir.
O qeyd edib ki, iki ölkə arasında mədəni, tarixi və dini dəyərlər mövcuddur və bu dəyərlər dövlətlərin qardaşlıq əlaqələrinin daha da genişlənməsinə yol açır.
İranın birinci vitse-prezidenti bildirib ki, ölkələrimiz arasında ticarət dövriyyəsinin həcminin yüksəldilməsi üçün zəruri addımlar atılmalıdır.
Azərbaycan Respublikası Prezidentinin İrana səfərinə toxunan birinci vitse-prezident qeyd edib ki, səfər zamanı iki dövlət arasında çox faydalı sənədlər imzalanıb.
"Azərbaycan və İran prezidentlərinin apardıqları müzakirələr əlaqələrin dərinləşməsinə böyük imkan yaradıb. Bu səfər rəsmi Tehran ilə Bakı arasındakı münasibətlərdə yeni səhifə açıb".
Ə.Abbasov İranın Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı mövqeyinə görə minnətdarlığını bildirib. Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verən nazir deyib ki, məsələnin sülh yolu ilə həll olunması üçün fəaliyyət göstərən vasitəçilərin missiyası hələ ki, heç bir nəticə verməyib.
İranda keçirdiyi görüşlərdən və apardığı danışıqlardan məmnun qaldığını vurğulayan Ə.Abbasov deyib ki, rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində özəl sektorun təmsilçiləri də vardır və onlar iranlı həmkarları ilə iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi imkanlarını araşdırırlar.
Nazir qeyd edib ki, yaxın vaxtlarda Bakıda Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə dövlətlərarası müştərək komissiyanın iclası keçiriləcəkdir və bu iclasda ticarət dövriyyəsinin artırılması məsələsinə baxılacaqdır.
Baxış sayı: 1334
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır