Tarix:19/06/14
“ICTnews” xəbər xidmətinin “www.tdaily.ru” saytına istinadən verdiyi məlumata əsasən, qarşıdan gələn onillikdə “UltraHD” kontenti dünyanın bütün regionlarının əhalisi üçün əlçatan olacaq. İlk (test olmayan) kommersiya kanalları 2015-ci ilin sonunda DTH abunəçilərinə təqdim ediləcək.
Önümüzdəki illər ərzində DTH platformaları şəbəkələrində “UltraHD” kontenti artıracaqlar, bu arada “UltaHD” kontentin mədaxili 2023-cü ilədək 125 milyon dollar, gəliri isə 500 milyon dollar təşkil edəcək. Baxmayaraq ki, hazırda “UltraHD” lizinqindən heç kim qazanc əldə etmir.
NSR-in analitikləri xatırladırlar ki, 2013-cü ildə dünya bazarına müvafiq kontentin və kanalların məhdud olması, demo kanallara çətin çıxış, həmçinin IPTV və “YouTube” vasitəsi ilə əlçatımlı “UltraHD” kontentin sayının məhdud olması fonunda 3,1 milyon “UltraHD” TV təqdim edilib.
“UltraHD” kontentin maksimum konsentrasiyası yaxın gələcəkdə Şimali Amerika və Qərbi Avropa və Şərqi Asiya kimi inkişaf etmiş televiziya bazarlarında yeni texnologiyaların mənimsənilməsi sayəsində təmin olunacaq.
NSR rəyinə əsasən, 2023-cü ildə, Şərqi Asiyada, xüsusilə Yaponiya, Cənubi Koreya və Çin kimi ölkələrdə, onlarla “UltraHD” kanalları yayımlanacaq.
NSR-in analitiki Bleyn Kursio bildirib ki, “UltraHD” seqmentində tələbat və təklif artımı Cənubi Asiyada müşahidə olunacaq. Onun sözlərinə əsasən, 3D-dən fərqli olaraq, “UltraHD” texnologiyası ətrafında yaxın illərdə ticarət ekosistemi yaratmaq iqtidarındadır.
Maraqlısı odur ki, 2013-cü il ərzində 3.1 milyon “UltraHD” televizor təqdim edildiyi halda, bu ilin birinci rübündə bazara təxminən 1 milyon televizor təqdim edilib.
Proqnozlara əsasən, 2014-cü ilin sonunda UHD-panellər ümumi qlobal təchizatlarının həcmi 15,2 milyona çata bilər.
Aynur Vəliyeva
“UltraHD” kontenti inanılmaz dərəcədə inkişaf edəcək
“NSR” şirkətinin proqnozlarına görə, 2023-cü ilədək 300-ə yaxın “UltraHD” (və ya 4K) TV kanallı peyk platformalar əsasında işləməyə başlayacaq.“ICTnews” xəbər xidmətinin “www.tdaily.ru” saytına istinadən verdiyi məlumata əsasən, qarşıdan gələn onillikdə “UltraHD” kontenti dünyanın bütün regionlarının əhalisi üçün əlçatan olacaq. İlk (test olmayan) kommersiya kanalları 2015-ci ilin sonunda DTH abunəçilərinə təqdim ediləcək.
Önümüzdəki illər ərzində DTH platformaları şəbəkələrində “UltraHD” kontenti artıracaqlar, bu arada “UltaHD” kontentin mədaxili 2023-cü ilədək 125 milyon dollar, gəliri isə 500 milyon dollar təşkil edəcək. Baxmayaraq ki, hazırda “UltraHD” lizinqindən heç kim qazanc əldə etmir.
NSR-in analitikləri xatırladırlar ki, 2013-cü ildə dünya bazarına müvafiq kontentin və kanalların məhdud olması, demo kanallara çətin çıxış, həmçinin IPTV və “YouTube” vasitəsi ilə əlçatımlı “UltraHD” kontentin sayının məhdud olması fonunda 3,1 milyon “UltraHD” TV təqdim edilib.
“UltraHD” kontentin maksimum konsentrasiyası yaxın gələcəkdə Şimali Amerika və Qərbi Avropa və Şərqi Asiya kimi inkişaf etmiş televiziya bazarlarında yeni texnologiyaların mənimsənilməsi sayəsində təmin olunacaq.
NSR rəyinə əsasən, 2023-cü ildə, Şərqi Asiyada, xüsusilə Yaponiya, Cənubi Koreya və Çin kimi ölkələrdə, onlarla “UltraHD” kanalları yayımlanacaq.
NSR-in analitiki Bleyn Kursio bildirib ki, “UltraHD” seqmentində tələbat və təklif artımı Cənubi Asiyada müşahidə olunacaq. Onun sözlərinə əsasən, 3D-dən fərqli olaraq, “UltraHD” texnologiyası ətrafında yaxın illərdə ticarət ekosistemi yaratmaq iqtidarındadır.
Maraqlısı odur ki, 2013-cü il ərzində 3.1 milyon “UltraHD” televizor təqdim edildiyi halda, bu ilin birinci rübündə bazara təxminən 1 milyon televizor təqdim edilib.
Proqnozlara əsasən, 2014-cü ilin sonunda UHD-panellər ümumi qlobal təchizatlarının həcmi 15,2 milyona çata bilər.
Aynur Vəliyeva
Baxış sayı: 683
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır