Tarix:19/06/14
A.Teller qeyd edib ki, 2013-cü ildə aerostatın uçuş müddəti ən yaxşı halda bir neçə gün olub, şəbəkəyə qoşulma sürəti saniyədə 1-2 meqabiti ötməyib, hazırda isə şarlar adətən fasiləsiz 75 gün uçur. Aerostatların işinin yaxşılaşdırılmasına yeni hündürlük idarəetmə sistemi sayəsində nail olunub, vertikal diapazonun artırılması sayəsində şarlar daha əlverişli hava axınını qəbul edə və stratosferin aşağı qatlarında uzun müddət hərəkətdə ola bilir.
Bundan başqa, aerostatlar yaxınlıqda olan istifadəçilərin internetə mobil telefonlar vasitəsilə qoşulmaları üçün "LTE" şəbəkəsinin tezlik spektrindən istifadə edərək məlumatları ötürür. Əvvəllər "hava" "Wi-Fi" şəbəkəsinə qoşulmaq üçün baza stansiyasının və xüsusi antenanın olması tələbə olunurdu. Bununla yanaşı, buraxılış qabiliyyəti antenalı stansiyalar üçün saniyədə 22 meqabitədək, smartfonlar üçün 5Mbit/saniyəyədək artırılıb.
"Google" layihədə çalışan əməkdaşların sayını açıqlamır, lakin onların sayı durmadan artır. "Wired" nəşrinin məlumatına görə, "Project Loon"da çalışan əməkdaşların sayı internet axtarış sisteminin "Google Glass" və özü idarə edilən avtomobillər kimi layihələrində çalışan əməkdaşların sayı ilə müqayisə oluna bilər.
Aerostatlar "Google" tərəfindən simsiz interneti qurmaq üçün ən sadə və ən ucuz üsul olması səbəbindən seçilib. Mürəkkəb infrastruktur yaratmaq və dağlarla, eləcə də Yer kürəsinin digər ucqar yerləri ilə kabellər çəkmək əvəzinə, belə üsulla planetin hazırda internetə çıxış imkanından məhrum olan əhalisinin 2/3 hissəsi şəbəkəyə qoşula biləcək.
Qeyd edək ki, "Google" ABŞ internet şirkəti olmaqla bütün axtarış sistemləri arasında liderdir. 1998-ci ildə Larri Peyc və Sergey Brin tərəfindən yaradılan şirkət 2004-cü ildə 1,9 milyard dollar dəyərində səhmlərin ilk yerləşdirilməsini həyata keçirib. Hazırda "Google" dünya axtarış sorğuları bazarının 80 faizindən çoxuna sahibdir. Şirkətin əsas gəlir mənbəyini sistemin səhifələrində axtarışın nəticələri ilə bənd edilən onlayn reklam təşkil edir.
"Google" axtarış sistemi ilə yanaşı, dünyanın ən populyar "YouTube" videohostinqinin sahibidir, "Gmail" poçt servisi və "Google+" sosial şəbəkəsinin idarəedicisidir, habelə mobil qurğular üçün "Android" əməliyyat sisteminin tərtibatçısıdır, - "Vesti www.vesti.ru" yazır.
“Google” şirkətinin hava şarları vasitəsilə internetə mobil telefonla qoşulmaq mümkündür
Bir il əvvəl səmaya simsiz internetin ötürülməsi üçün böyük hava şarları buraxan "Google" şirkəti "Project Loon" təşəbbüsünün yekunlarını açıqlayıb. "Project Loon" sınaq layihəsinin rəhbəri Astro Tellerin sözlərinə görə, Yeni Zelandiyada ilk sınaq buraxılışlarından sonra aerostatlar 1,5 milyon kilometrdən çox məsafə qət ediblər. Şarlar hazırda havada daha çox qala bilir, onların buraxılış qabiliyyəti isə 10 dəfə artırılıb.A.Teller qeyd edib ki, 2013-cü ildə aerostatın uçuş müddəti ən yaxşı halda bir neçə gün olub, şəbəkəyə qoşulma sürəti saniyədə 1-2 meqabiti ötməyib, hazırda isə şarlar adətən fasiləsiz 75 gün uçur. Aerostatların işinin yaxşılaşdırılmasına yeni hündürlük idarəetmə sistemi sayəsində nail olunub, vertikal diapazonun artırılması sayəsində şarlar daha əlverişli hava axınını qəbul edə və stratosferin aşağı qatlarında uzun müddət hərəkətdə ola bilir.
Bundan başqa, aerostatlar yaxınlıqda olan istifadəçilərin internetə mobil telefonlar vasitəsilə qoşulmaları üçün "LTE" şəbəkəsinin tezlik spektrindən istifadə edərək məlumatları ötürür. Əvvəllər "hava" "Wi-Fi" şəbəkəsinə qoşulmaq üçün baza stansiyasının və xüsusi antenanın olması tələbə olunurdu. Bununla yanaşı, buraxılış qabiliyyəti antenalı stansiyalar üçün saniyədə 22 meqabitədək, smartfonlar üçün 5Mbit/saniyəyədək artırılıb.
"Google" layihədə çalışan əməkdaşların sayını açıqlamır, lakin onların sayı durmadan artır. "Wired" nəşrinin məlumatına görə, "Project Loon"da çalışan əməkdaşların sayı internet axtarış sisteminin "Google Glass" və özü idarə edilən avtomobillər kimi layihələrində çalışan əməkdaşların sayı ilə müqayisə oluna bilər.
Aerostatlar "Google" tərəfindən simsiz interneti qurmaq üçün ən sadə və ən ucuz üsul olması səbəbindən seçilib. Mürəkkəb infrastruktur yaratmaq və dağlarla, eləcə də Yer kürəsinin digər ucqar yerləri ilə kabellər çəkmək əvəzinə, belə üsulla planetin hazırda internetə çıxış imkanından məhrum olan əhalisinin 2/3 hissəsi şəbəkəyə qoşula biləcək.
Qeyd edək ki, "Google" ABŞ internet şirkəti olmaqla bütün axtarış sistemləri arasında liderdir. 1998-ci ildə Larri Peyc və Sergey Brin tərəfindən yaradılan şirkət 2004-cü ildə 1,9 milyard dollar dəyərində səhmlərin ilk yerləşdirilməsini həyata keçirib. Hazırda "Google" dünya axtarış sorğuları bazarının 80 faizindən çoxuna sahibdir. Şirkətin əsas gəlir mənbəyini sistemin səhifələrində axtarışın nəticələri ilə bənd edilən onlayn reklam təşkil edir.
"Google" axtarış sistemi ilə yanaşı, dünyanın ən populyar "YouTube" videohostinqinin sahibidir, "Gmail" poçt servisi və "Google+" sosial şəbəkəsinin idarəedicisidir, habelə mobil qurğular üçün "Android" əməliyyat sisteminin tərtibatçısıdır, - "Vesti www.vesti.ru" yazır.
Baxış sayı: 954
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib