Tarix:19/06/14
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, iyunun 18-dən etibarən xəritədə Dağlıq Qarabağ və Azərbaycanın işğal altında olan ərazilərinin adı erməni dilində və "Dağlıq Qarabağ Respublikası"nın əraziləri kimi göstərilib.
Bunu, əlbəttə ki, "Google" şirkəti qəsdən etməyib, bunun səbəbi tamamilə ayrı mənbələrdən qaynaqlanır. Belə ki, Azərbaycanın təsdiq edilmiş elektron xəritəsi "Google" şirkətinə təqdim edilmədiyinə görə bizim xəritəmiz axtarış sistemində düzəlişlərə açıq şəkildə yerləşdirilib və bu gün bizim müşahidə etdiyimiz dəyişikliklər, xəritənin səhv şəkildə görünməsində maraqlı olan tərəflərin səylərinin nəticəsidir.
Belə ki, xəritəni dəyişmək üçün onun aşağıdakı sağ küncündə "Report a problem" bölməsinə daxil olaraq xəritənin düzgün olmadığını bildirmək, sonra isə "Edit" bölməsinə daxil olaraq düzgün coğrafi adları göstərmək olar.
Bunu nə qədər çox internet istifadəçisi etsə, xəritəni o qədər tez şəkildə dəyişmək mümkün olar, çünki açıq xəritələrdə adların dəyişdirilməsi avtomatik şəkildə və səs çoxluğu etibarı ilə baş verir.
Bu cür dəyişikliklər "Google" xəritələrində ilk dəfə deyil ki baş verir və Azərbaycan tərəfindən təkidli müraciətlərdən sonra xəritə düzgün şəkildə göstərilib.
Bunun qarşısını almaq üçün ictimaiyyət bu servisə daxil olaraq, daha çox müraciət yazmaqla ərazilərin düzgün şəkildə təqdim edilməsinə nail ola bilər.
Aynur Vəliyeva
“Google”da Azərbaycanın xəritəsini necə dəyişmək olar?
"Google" beynəlxalq axtarış sisteminin "Google maps" xəritəsində Azərbaycanın sərhədlərinin yenidən səhv göstərilməsi heç də bu şirkətin Azərbaycana qarşı təxribatı deyil."ICTnews" xəbər xidmətinin məlumatına əsasən, iyunun 18-dən etibarən xəritədə Dağlıq Qarabağ və Azərbaycanın işğal altında olan ərazilərinin adı erməni dilində və "Dağlıq Qarabağ Respublikası"nın əraziləri kimi göstərilib.
Bunu, əlbəttə ki, "Google" şirkəti qəsdən etməyib, bunun səbəbi tamamilə ayrı mənbələrdən qaynaqlanır. Belə ki, Azərbaycanın təsdiq edilmiş elektron xəritəsi "Google" şirkətinə təqdim edilmədiyinə görə bizim xəritəmiz axtarış sistemində düzəlişlərə açıq şəkildə yerləşdirilib və bu gün bizim müşahidə etdiyimiz dəyişikliklər, xəritənin səhv şəkildə görünməsində maraqlı olan tərəflərin səylərinin nəticəsidir.
Belə ki, xəritəni dəyişmək üçün onun aşağıdakı sağ küncündə "Report a problem" bölməsinə daxil olaraq xəritənin düzgün olmadığını bildirmək, sonra isə "Edit" bölməsinə daxil olaraq düzgün coğrafi adları göstərmək olar.
Bunu nə qədər çox internet istifadəçisi etsə, xəritəni o qədər tez şəkildə dəyişmək mümkün olar, çünki açıq xəritələrdə adların dəyişdirilməsi avtomatik şəkildə və səs çoxluğu etibarı ilə baş verir.
Bu cür dəyişikliklər "Google" xəritələrində ilk dəfə deyil ki baş verir və Azərbaycan tərəfindən təkidli müraciətlərdən sonra xəritə düzgün şəkildə göstərilib.
Bunun qarşısını almaq üçün ictimaiyyət bu servisə daxil olaraq, daha çox müraciət yazmaqla ərazilərin düzgün şəkildə təqdim edilməsinə nail ola bilər.
Aynur Vəliyeva
Baxış sayı: 2669
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır