Tarix:20/06/14
"ICTnews.az"-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının İnformasiya Portalı xəbər yayıb.
Şuranın maliyyə dəstəyi ilə ərsəyə gələn sayt yeni media vasitələri və sosial şəbəkələr barədə gəncləri və cəmiyyəti maarifləndirmək üçün bir sıra istiqamətdə addımlar atacaq. "Əsas məqsəd yeni mediada - onlayn saytlarda və sosial şəbəkələrdə, yaxud "vətəndaş jurnalistikası" iddiası ilə çıxış edən gənclərdə ictimai məsuliyyət hissinin formalaşdırılmasına yardımçı olmaqdır. Burada gənclərin yeni media vasitələrində çıxışında etik normaların, cəmiyyət qarşısında cavabdehlik şüurunun, Azərbaycan millətinin dəyərlərinə, ənənələrinə hörmətlə yanaşma hissinin formalaşdırılmasına yardım etmək məqsədi güdülür".
Şuradan bildirilir ki, layihə çərçivəsində internetdə və sosial şəbəkələrdə aktiv olan, amma ictimai və hüquqi məsuliyyət baxımından problemləri olan yeniyetmə və gənclərin bu sahədə bilik və bacarıqlarını artırmaq, onları düzgün yönləndirmək və vərdişlər qazandırmaq üçün "Sosial şəbəkələrdə və yeni mediada düzgün iştirak" mövzusunda Bakıda səkkiz dəfə təlim keçirilib. Bundan başqa jurnalist olmaq istəyən gənclər üçün "Jurnalist olmaq istəyən gənclərin və tələbələrin yeni media vasitələrindən hüquqi və ictimai məsuliyyət baxımından düzgün yararlanması" mövzusunda təlimlər düzənlənib.
Qeyd edək ki, layihə çərçivəsində "Yeni media və sosial şəbəkələrdə düzgün iştirak günün tələbidir" adlı kitabça hazırlanıb və əsasən yeniyetmə və gənclər, eləcə də gənclər təşkilatları və QHT-lər, müvafiq qurumlar arasında paylanılması nəzərdə tutulub.
SEYMUR
Gənclərin sosial şəbəkələrdə ictimai məsuliyyətinin artırılması məqsədilə yeni sayt yaradıldı
Azərbaycanda gənclərin yeni media və sosial şəbəkələrdə ictimai məsuliyyətinin artırılması məqsədilə "yenimedia.info" adlı yeni sayt yaradılıb."ICTnews.az"-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının İnformasiya Portalı xəbər yayıb.
Şuranın maliyyə dəstəyi ilə ərsəyə gələn sayt yeni media vasitələri və sosial şəbəkələr barədə gəncləri və cəmiyyəti maarifləndirmək üçün bir sıra istiqamətdə addımlar atacaq. "Əsas məqsəd yeni mediada - onlayn saytlarda və sosial şəbəkələrdə, yaxud "vətəndaş jurnalistikası" iddiası ilə çıxış edən gənclərdə ictimai məsuliyyət hissinin formalaşdırılmasına yardımçı olmaqdır. Burada gənclərin yeni media vasitələrində çıxışında etik normaların, cəmiyyət qarşısında cavabdehlik şüurunun, Azərbaycan millətinin dəyərlərinə, ənənələrinə hörmətlə yanaşma hissinin formalaşdırılmasına yardım etmək məqsədi güdülür".
Şuradan bildirilir ki, layihə çərçivəsində internetdə və sosial şəbəkələrdə aktiv olan, amma ictimai və hüquqi məsuliyyət baxımından problemləri olan yeniyetmə və gənclərin bu sahədə bilik və bacarıqlarını artırmaq, onları düzgün yönləndirmək və vərdişlər qazandırmaq üçün "Sosial şəbəkələrdə və yeni mediada düzgün iştirak" mövzusunda Bakıda səkkiz dəfə təlim keçirilib. Bundan başqa jurnalist olmaq istəyən gənclər üçün "Jurnalist olmaq istəyən gənclərin və tələbələrin yeni media vasitələrindən hüquqi və ictimai məsuliyyət baxımından düzgün yararlanması" mövzusunda təlimlər düzənlənib.
Qeyd edək ki, layihə çərçivəsində "Yeni media və sosial şəbəkələrdə düzgün iştirak günün tələbidir" adlı kitabça hazırlanıb və əsasən yeniyetmə və gənclər, eləcə də gənclər təşkilatları və QHT-lər, müvafiq qurumlar arasında paylanılması nəzərdə tutulub.
SEYMUR
Baxış sayı: 724
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib