12px13px15px17px
Tarix:20/06/14

Yaponiya 2020-ci ildə robotların olimpiya oyunlarını keçirmək istəyir

Yaponiyanın baş naziri Sindzo Abe ölkə ərazisində robotların olimpiadasını təşkil etmək istəyir. O, olimpiadanı 2020-ci ildə keçirməyi təklif edir. Bu haqda yerli KİV məlumat yayıb.
 
“ICTnews" elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, yüksəkvəzifəli məmur robot-texnika sənayesinin inkişafının sürətləndirilməsi üçün tədbirlərin görülməsi zəruriliyini qeyd edib.
 
“Mən 2020-ci ildə bütün dünya robotlarını bir yerə toplayaraq olimpiya oyunları keçirmək istəyirəm. Robotlar öz texniki bacarıqlarını göstərərək bir-birləri ilə yarışa biləcəklər. Biz robotları ölkəmizin iqtisadi inkişaf strategiyasının bir hissəsinə çevirmək istəyirik – Yaponiyanın “Jiji Press” informasiya agentliyi Sindzo Abenin sözlərindən sitat gətirib.
 
Hazırda Yaponiya robot texnikası sahəsində liderdir. Bu yaxınlarda  yerli şirkətlərdən biri insan emosiyasını müəyyənləşdirən robot-humanoid təqdim edib.
 
Emil Hüseynov



Baxış sayı: 664

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024