12px13px15px17px
Tarix:20/06/14

“Twitter” “SnappyTV” şirkətini satın alır

“Twitter” mikrobloqlar şəbəkəsi videoların redaktəsi üçün həllər üzrə  ixtisaslaşmış “SnappyTV” startapını satın alır. Şirkətdən bildirilib ki, bu xidmət onların videoreklamlarla işini asanlaşdıracaq.

“ICTnews" elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “SnappyTV” şirkətinin video və canlı yayımların redaktəsi üçün texnologiyaları artıq media şirkətləri tərəfindən geniş istifadə olunur. “SnappyTV”-nin saytına əsasən, şirkətin video, yayımçı və operator istehsalçıları arasında tərəfdaşları çoxdur. Sazişin maliyyə şərtləri açıqlanmır.

Analitiklər bildiriblər ki, videoreklam hazırda internet bazarında ən gəlirli sahələrdən biridir.

Emil Hüseynov



Baxış sayı: 698

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024