12px13px15px17px
Tarix:20/06/14

“Facebook” sosial şəbəkəsində 30 dəqiqəlik nasazlıq şirkətə 500 min dollara başa gəlib

"Forbes" jurnalının analitikinin qiymətləndirməsinə əsasən, "Facebook" sosial şəbəkəsində 30 dəqiqəlik nasazlıq şirkətə 500 min dollara başa gəlib.
 
"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, 2014-cü ilin birinci rübündə "Facebook"un gəlirinin 2,5 milyard dollar olduğunu nəzərə alsaq, o zaman şirkət bir saatda orta hesabla 1,16 milyon dollar qazanıb. Beləliklə, 30 dəqiqəlik nasazlıq şirkətə 500 min dollara başa gəlib.
 
Xatırladaq ki, "Facebook" dünən yerli vaxtla saat 13:00-dan əlçatmaz olub. Sosial şəbəkənin səhifəsinə daxil olmaq istədikdə bildirilib ki, problem var.

"Twitter" şəbəkəsində istifadəçilərin mesajlarına əsaslanaraq demək olar ki, nasazlıq bütün dünyada müşahidə olunub.

"Facebook"un aylıq aktiv auditoriyası təxminən 1,3 milyard istifadəçidən ibarətdir və gündəlik sosial şəbəkəyə təxminən 800 milyon istifadəçi daxil olur.
 
Emil Hüseynov



Baxış sayı: 683

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024