12px13px15px17px
Tarix:20/06/14

Nardaran qəsəbəsində “Sazz İnternet”in əhatə dairəsi genişləndi

Azərbaycanın  ən böyük simsiz İnternet xidmətləri göstərən provayderi "Sazz 4G İnternet" Nardaran qəsəbəsinin böyük bir ərazisini öz əhatə dairəsinə daxil edib.  İndi  təkcə qəsəbə sakinləri deyil, Nardaran ərazisində yerləşən sahil boyu istirahət mərkəzləri və çimərliklərin ziyarətçiləri də simsiz İnternetdən rahat yararlana biləcəklər.
 
"Sazz İnternet" Abşeron yarımadasının əksər qəsəbələrində, o cümlədən Suraxanı , Yeni Suraxanı, Mərdəkan,  Şağan, Şüvəlan, Pirşağı, Qala, Buzovna, Bilgəh, Hövsan, Novxanı, Goradil,  Sahil, Saray, Zabrat, Zığ, Zuğulba, Maştağa, Fatmayı, Binə qəsəbələrində xidmət göstərir.
 
Hazırda Bakı və Abşerondan başqa provayder Xırdalan, Sumqayıt, Mingəçevir, Gəncə, Qax, Zaqatala, Balakən, Şəki, Quba, Qusar, Xaçmaz şəhərlərində xidmət göstərir. Yaxın günlərdə "Sazz İnternet"ə Lənkəran, Masallı, Lerik, Astara şəhərlərində də qoşulmaq mümkün olacaq.
 
"Sazz İnternet" abunəçilərə şəbəkənin istənilən əhatə zonasında İnternetə 10 Mbts-ə qədər yüksəksürətli simsiz çıxışı təqdim edir. "Sazz  İnternet"in xidmətləri, eləcə də yay kampaniyası haqqında  geniş məlumatları "www.sazz.az" saytından, "Sazz 4G İnternet" "Facebook" səhifəsindən, 191 nömrəli "qaynar xət"dən, habelə həftənin bütün günləri işləyən istənilən "Sazz 4G" satış nöqtəsindən əldə etmək olar.
 
 
 
 



Baxış sayı: 1300

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024