Tarix:20/06/14
Sözügedən məsələlər Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda Moskva Dövlət Universiteti Fizika fakültəsi Biofizika kafedrasının professoru, həmçinin Rusiya Elmlər Akademiyası Ümumi və Qeyri-üzvü kimya, Radioelektronika institutlarının əməkdaşı Qennadiy Xomutovla institutun direktoru fizika-riyaziyyat elmləri doktoru Nazim Məmmədov arasında keçirilən görüşdə müzakirə edilib.
İnstitutdan qeyd edilib ki, Q.Xomutovun səfərində məqsəd Fizika İnstitutu ilə tanış olmaq və elmi əlaqələr yaratmaq olub. Professor institutun direktoru ilə görüşdə bildirib ki, elmi müəssisənin ən müasir cihazlarla təchiz olunması və burada alimlərin tədqiqat aparması üçün yaradılmış şərait onu heyrətləndirib.
Q.Xomutov gələcəkdə nanobiofizika sahəsində gənc kadrların hazırlanması üçün əməkdaşlıq etməyi təklif edib. N.Məmmədov onun təklifinin qəbul olunduğunu və bir ay müddətində Fizika İnstitutu, Moskva Dövlət Universiteti və Radioelektronika İnstitutu ilə müqavilə imzalanacağını bildirib.
Həqiqət İSABALAYEVA
Azərbaycan nanobiofizika sahəsində gənc kadrların hazırlanması məqsədilə Moskva Dövlət Universiteti ilə əməkdaşlığa başlayacaq
Moskva Dövlət Universiteti, Radioelektronika İnstitutu və AMEA Fizika İnstitutu gələcəkdə nanobiofizika sahəsində gənc kadrların hazırlanması məqsədilə əməkdaşlığa başlayacaqlar. Bununla bağlı yaxın müddətdə müqavilənin bağlanacağı gözlənilir.Sözügedən məsələlər Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda Moskva Dövlət Universiteti Fizika fakültəsi Biofizika kafedrasının professoru, həmçinin Rusiya Elmlər Akademiyası Ümumi və Qeyri-üzvü kimya, Radioelektronika institutlarının əməkdaşı Qennadiy Xomutovla institutun direktoru fizika-riyaziyyat elmləri doktoru Nazim Məmmədov arasında keçirilən görüşdə müzakirə edilib.
İnstitutdan qeyd edilib ki, Q.Xomutovun səfərində məqsəd Fizika İnstitutu ilə tanış olmaq və elmi əlaqələr yaratmaq olub. Professor institutun direktoru ilə görüşdə bildirib ki, elmi müəssisənin ən müasir cihazlarla təchiz olunması və burada alimlərin tədqiqat aparması üçün yaradılmış şərait onu heyrətləndirib.
Q.Xomutov gələcəkdə nanobiofizika sahəsində gənc kadrların hazırlanması üçün əməkdaşlıq etməyi təklif edib. N.Məmmədov onun təklifinin qəbul olunduğunu və bir ay müddətində Fizika İnstitutu, Moskva Dövlət Universiteti və Radioelektronika İnstitutu ilə müqavilə imzalanacağını bildirib.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 599
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır