12px13px15px17px
Tarix:21/06/14

2014-cü ildə beş ayda “Xiaomi” 22 milyon smartfon tədarük edib

Çinin “China Mobile Alliance” sahə üzrə assosiasiyasının məlumatına görə, 2014-cü ilin ilk beş ayında “Xiomi” şirkəti bazara 22 milyon smartfon tədarük edib. Əgər qiymətləndirmə özünü doğrultsa, şirkət ötənilki nəticəsini xeyli üstələyəcək: 2013-cü ildə “Xiaomi” ümumilikdə 18,7 milyon "ağıllı" telefon tədarük edib.
 
Qeyd edək ki, “Xiaomi”nin direktoru Ley Cun 2014-cü ildə şirkətin 60 milyon smartfon satmasını hədəfləyib. Beləliklə, yerdə qalan 7 ayda “Xiaomi” şirkəti daha 38 milyon qurğu satmalıdır.
 
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, analitiklərin məlumatı da “Xiaomi” smartfonlarının yüksək populyarlığını sübut edir. “Counterpoint Technology Market Research” hesabatına əsasən, cari ilin fevralında “Xiaomi MI 3” və “Hongmi” (Red Rice) aparatları dünyanın on ən çox satılan smartfonu sırasında yer alıb.
 
Emil Hüseynov



Baxış sayı: 594

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024