Tarix:21/06/14
"ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, bu, "MDialog Corp" şirkəti və "Alpental Technologies" startapıdır.
Bununla şirkət mövcud biznes istiqamətlərini genişləndirmək və yeni imkanlar yaratmaq niyyətindədir.
Bu ilin may ayında "Google" beş satınalma həyata keçirib, onların üçü iyun ayında baş verib. Satınalmaların əksəriyyəti kiçik olmasına baxmayaraq bu yaxınlarda internet nəhəngi 3,2 milyard dolları "Nest Labs" şirkətinin alınmasına xərcləyib.
"Mdialog" şirkətini almaqla "Google" benner mübadilə meydançasını genişləndirmək niyyətindədir. "MDialog" şirkəti 2006-cı ildə San-Fransisko şəhərində yaradılıb və distribusiya kanallarını və təsvirlərini uyğunlaşdırmaqla mobil qurğular üçün telereklam yayımı ilə məşğul olur.
"Alpental" şirkəti "Clearwire" operatorunun bir qrup elmi-araşdırma əməkdaşları tərəfindən yaradılıb. "Alpental" servis provayderlər və telekommunikasiya xidmətləri təchizatçıları üçün yeni simsiz texnologiyalar hazırlayır. Şirkətdə kommunikasiyalar üzrə Federal Komissiyadan bir neçə keçmiş yüksək rütbəli məmur işləyir. Şirkət 2012-ci ildə yaradılıb.
Aynur Vəliyeva
“Google” iki kiçik texnoloji şirkət alıb
"Google" reklam və simsiz texnologiyaları inkişaf etdirməyə imkan verən iki kiçik texnoloji şirkət alıb."ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, bu, "MDialog Corp" şirkəti və "Alpental Technologies" startapıdır.
Bununla şirkət mövcud biznes istiqamətlərini genişləndirmək və yeni imkanlar yaratmaq niyyətindədir.
Bu ilin may ayında "Google" beş satınalma həyata keçirib, onların üçü iyun ayında baş verib. Satınalmaların əksəriyyəti kiçik olmasına baxmayaraq bu yaxınlarda internet nəhəngi 3,2 milyard dolları "Nest Labs" şirkətinin alınmasına xərcləyib.
"Mdialog" şirkətini almaqla "Google" benner mübadilə meydançasını genişləndirmək niyyətindədir. "MDialog" şirkəti 2006-cı ildə San-Fransisko şəhərində yaradılıb və distribusiya kanallarını və təsvirlərini uyğunlaşdırmaqla mobil qurğular üçün telereklam yayımı ilə məşğul olur.
"Alpental" şirkəti "Clearwire" operatorunun bir qrup elmi-araşdırma əməkdaşları tərəfindən yaradılıb. "Alpental" servis provayderlər və telekommunikasiya xidmətləri təchizatçıları üçün yeni simsiz texnologiyalar hazırlayır. Şirkətdə kommunikasiyalar üzrə Federal Komissiyadan bir neçə keçmiş yüksək rütbəli məmur işləyir. Şirkət 2012-ci ildə yaradılıb.
Aynur Vəliyeva
Baxış sayı: 736
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib