12px13px15px17px
Tarix:23/06/14

ABŞ tələbələrinə pilotsuz uçan aparatlar veriləcək

ABŞ-ın Cənubi Florida Universitetinin tələbələri indi kitabxanadan təkcə dərslik deyil, həm də pilotsuz uçan aparatlar götürə biləcəklər. Bu barədə “CNN” telekanalı məlumat verib.
Növbəti semestrdən etibarən ali təhsil ocağının hər bir tələbəsi ərizə ilə müraciət edərək foto və videoçəkiliş funksiyalı pilotsuz uçan aparatı müvəqqəti istifadəyə götürmək hüququna malikdir. Bunun üçün yalnız aparatın elmi layihə məqsədilə lazım olmasını sübut edən dəlillər təqdim etmək tələb olunur.


Bahalı aparatı almazdan əvvəl tələbələr təlim kursu keçəcəklər. Bundan başqa, onlara pilotsuz uçan aparatlardan universitetin ərazisindən kənarda istifadə etmək qadağan olunacaq. İstisna yalnız aparatın verildiyi layihə rəhbəri olan müəllimin buna təkid etməsi halında ola bilər.
Aparatın zədələnməsi zamanı maddi məsuliyyəti tələbələr daşıyacaq.


Hazırda 48 min tələbənin təhsil aldığı universitetin sərəncamında iki pilotsuz uçan aparat var. Kitabxana rəhbərliyinin bildirdiyinə görə, aparatlar onların modernləşdirilməsi üçün verilən qrantlardan qalan vəsaitlərin hesabına alınıb, - “İTAR-TASS www.itar-tass.com
yazır.  



Baxış sayı: 576

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024