12px13px15px17px
Tarix:23/06/14

Mərkəzi və Şərqi Avropanın İT bazarında illik artım 4,5 faiz olacaq

2013-cü ildə Mərkəzi və Şərqi Avropanın informasiya texnologiyaları (İT) bazarının həcmi 14,6 milyard avroya çatıb ki, bu da 2012-ci ilin göstəricisindən 2,5 faiz çoxdur. 2014-cü ildə artımın 1,3 faizədək zəifləməsinə baxmayaraq 2015-ci ildə sürətlənəcək, 2014-2018-ci illərdə isə illik artım 4,5 faiz təşkil edəcək. Bu barədə Polşanın “PMR” analitik şirkətinin hesabatında deyilir. Artımın zəifləməsini analitiklər rəqabətin artması və bazarın bütün seqmentlərində qiymətlərin aşağı düşməsi ilə izah edirlər.  
 
Hesabata əsasən, Polşa Mərkəzi və Şərqi Avropanın böyük İT bazarı olaraq qalır. 2013-cü ildə regional bazarın həcminin təxminən yarısı bu ölkənin payına düşüb. Bazarın həcminə görə sonuncu yeri Bolqarıstan tutur. Çexiya və Polşada əhalinin adambaşına düşən illik İT xərcləri müvafiq olaraq 217 və 189 avro təşkil edib. Slovakiyada adambaşına düşən İT xərclərinin səviyyəsi 141 avro, Macarıstanda 132 avro, Ukraynada 33 avro olub.
 
Avadanlıq alışı hələ də İT bazarının əsas hissəsini təşkil edir. Bu, əsasən əməkhaqqının və əhalinin alıcılıq qabiliyyətinin artması sayəsində baş verir. Ən az avadanlıq xərcləri Çexiya və Macarıstanda qeydə alınıb, Ukraynada (regionun digər ölkələrinin heç birində belə nəticə qeydə alınmayıb) isə 77 faiz səviyyəsinə çatıb.
“PMR” analitikləri avrozona iqtisadiyyatının bərpasını Mərkəzi və Şərqi Avropanın İT bazarının inkişafında əsas amil hesab edirlər.
 
Avropa İttifaqına (Aİ) daxil olan ölkələrdə, xüsusilə Polşa, Rumıniya, Slovakiya və Bolqarıstanda Aİ-dən maliyyələşmə axını əsas kapitalın ümumi vəsaitlərinin artmasına səbəb olacaq. Çexiyada artım tempi Qərbi Avropaya ixrac asılılığına və iqtisadiyyatın yüksək məhsuldarlığına, Macarıstanda maliyyə sektorunun problemləri, əhəmiyyətli siyasi risklər və proqnozlaşdırılmayan iqtisadi siyasətə görə nisbətən az olacaq, - "Computerworld www.osp.ru” yazır.



Baxış sayı: 787

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024