Tarix:23/06/14
“ICTnews” elektron xəbər xidmətinin əldə etdiyi məlumata görə, iclasda 6 məsələ gündəliyə çıxarılacaq. Şuranın üzvləri 2014-2015-ci illərdə nəzərdə tutulan mühüm media hadisələrinin işıqlandırılmasında dövlət informasiya agentliklərinin əməkdaşlıq vəzifələrini göstərəcək, “Kazinform” agentliyinin fəaliyyəti və Belarus Respublikasının alman-faşist işğalçılardan azad edilməsinin 70 illiyinin bayram edilməsi haqqında informasiya dinləyəcəklər.
Birliyin Minskdəki İcraiyyə Komitəsinin mətbuat xidmətindən bildirilib ki, iclas iştirakçıları MDB ölkələrinin Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurası və Milli İnformasiya Agentlikləri Assosiasiyası çərçivəsində birgə layihələrə dair mövzuları müzakirə edəcək, bir sıra digər məsələləri nəzərdən keçirəcəklər.
Qeyd edək ki, 1995-ci ildə yaradılmış Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının tərkibinə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan və Ermənistanın milli agentlikləri daxildirlər.
MDB İnformasiya Şurasının fəal dəstəyi sayəsində 1998-ci ildən başlayaraq müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda ümumdünya rus mətbuatı konqresləri keçirilir.
SEYMUR
MDB ölkələrinin Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının iclası keçiriləcək
Bu ay Müstəqil Dövlətlər Birliyinin üzv ölkələrinin Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının iclası keçiriləcək. İyunun 24-25 tarixlərində Qazaxıstanın paytaxtı Astanada baş tutacaq tədbirdə bir sıra məsələlər diqqət mərkəzinə gətiriləcək.“ICTnews” elektron xəbər xidmətinin əldə etdiyi məlumata görə, iclasda 6 məsələ gündəliyə çıxarılacaq. Şuranın üzvləri 2014-2015-ci illərdə nəzərdə tutulan mühüm media hadisələrinin işıqlandırılmasında dövlət informasiya agentliklərinin əməkdaşlıq vəzifələrini göstərəcək, “Kazinform” agentliyinin fəaliyyəti və Belarus Respublikasının alman-faşist işğalçılardan azad edilməsinin 70 illiyinin bayram edilməsi haqqında informasiya dinləyəcəklər.
Birliyin Minskdəki İcraiyyə Komitəsinin mətbuat xidmətindən bildirilib ki, iclas iştirakçıları MDB ölkələrinin Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurası və Milli İnformasiya Agentlikləri Assosiasiyası çərçivəsində birgə layihələrə dair mövzuları müzakirə edəcək, bir sıra digər məsələləri nəzərdən keçirəcəklər.
Qeyd edək ki, 1995-ci ildə yaradılmış Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının tərkibinə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan və Ermənistanın milli agentlikləri daxildirlər.
MDB İnformasiya Şurasının fəal dəstəyi sayəsində 1998-ci ildən başlayaraq müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda ümumdünya rus mətbuatı konqresləri keçirilir.
SEYMUR
Baxış sayı: 593
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır