Tarix:23/06/14
Universitetdən verilən məlumata görə, təlimdə ADAU ilə yanaşı, Naxçıvan Özəl, Azərbaycan, Azərbaycan Memarlıq və İnşaat, Bakı Biznes, Azərbaycan Dillər, Azərbaycan Dövlət Pedaqoji, Qafqaz universitetləri və Azərbaycan Turizm İnstitutu təmsil olunub.
Təlim zamanı Ester Boldini, Karolina Madelin, Renata Danieline və Üzeyir Bağırov “Ali Təhsil Araşdırma Fondu 2014-2020. Erasmus+: əsas xüsusiyyətləri”, “Ali Təhsil Araşdırma Fondu 2014-2020. Horizon 2020: əsas xüsusiyyətləri”, “Layihə menecmenti və tərtibinə giriş”, “LFM üzrə praktiki sessiya”, “Layihə idarəetməsi və keyfiyyətə nəzarət”, “İnformasiya Texnologiyaları İdarəetməsi Layihəsi”, “İnformasiya Texnologiyaları layihəsinin icrası və bitirilməsi”, “Növbəti mərhələlər və yekun qeydlər” mövzusunda təqdimatlar nümayiş etdirib və praktik məşğələlər aparıb.
Təlimin sonunda “E-NOTES” layihəsinin koordinatoru Üzeyir Bağırovun rəhbərliyi ilə “E-NOTES” layihəsinin idarəetmə iclası keçirilib. İclasda həmçinin tərəfdaş universitet kimi İnformasiya Texnologiyaları İnstitutu (Litva), İnformasiya Sistemlərinin Menecmenti İnstitutu (Latviya) və Alikante Universiteti (İspaniya) nümayəndələri iştirak ediblər. İclasda layihənin növbəti mərhələlərinin icrası haqqında müzakirələr aparılıb və tapşırıqlar verilib.
Qeyd edək ki, səfər çərçivəsində nümayəndə heyəti üçün universitet kampusuna və Alikante şəhərinin Santa Barbara qalasına gəzinti təşkil edilib.
CAHANGİR
Azərbaycanın 9 ali məktəbinin nümayəndələri “E-NOTES” layihəsinin iclasında iştirak edib
“E-NOTES” (ECDL Azərbaycan Milli Operator və Test Mərkəzləri) layihəsinin Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) heyəti İspaniya Krallığının Alikante Universitetində layihə idarə edilməsi üzrə təlimdə və “E-NOTES” layihəsinin iclasında iştirak edib.Universitetdən verilən məlumata görə, təlimdə ADAU ilə yanaşı, Naxçıvan Özəl, Azərbaycan, Azərbaycan Memarlıq və İnşaat, Bakı Biznes, Azərbaycan Dillər, Azərbaycan Dövlət Pedaqoji, Qafqaz universitetləri və Azərbaycan Turizm İnstitutu təmsil olunub.
Təlim zamanı Ester Boldini, Karolina Madelin, Renata Danieline və Üzeyir Bağırov “Ali Təhsil Araşdırma Fondu 2014-2020. Erasmus+: əsas xüsusiyyətləri”, “Ali Təhsil Araşdırma Fondu 2014-2020. Horizon 2020: əsas xüsusiyyətləri”, “Layihə menecmenti və tərtibinə giriş”, “LFM üzrə praktiki sessiya”, “Layihə idarəetməsi və keyfiyyətə nəzarət”, “İnformasiya Texnologiyaları İdarəetməsi Layihəsi”, “İnformasiya Texnologiyaları layihəsinin icrası və bitirilməsi”, “Növbəti mərhələlər və yekun qeydlər” mövzusunda təqdimatlar nümayiş etdirib və praktik məşğələlər aparıb.
Təlimin sonunda “E-NOTES” layihəsinin koordinatoru Üzeyir Bağırovun rəhbərliyi ilə “E-NOTES” layihəsinin idarəetmə iclası keçirilib. İclasda həmçinin tərəfdaş universitet kimi İnformasiya Texnologiyaları İnstitutu (Litva), İnformasiya Sistemlərinin Menecmenti İnstitutu (Latviya) və Alikante Universiteti (İspaniya) nümayəndələri iştirak ediblər. İclasda layihənin növbəti mərhələlərinin icrası haqqında müzakirələr aparılıb və tapşırıqlar verilib.
Qeyd edək ki, səfər çərçivəsində nümayəndə heyəti üçün universitet kampusuna və Alikante şəhərinin Santa Barbara qalasına gəzinti təşkil edilib.
CAHANGİR
Baxış sayı: 644
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır