12px13px15px17px
Tarix:23/06/14

Kopenhagendə internet ekoloji vəziyyəti yaxşılaşdıracaq

Cari ilin mayında “Cisco” şirkəti və Kopenhagen şəhər administrasiyası və Albertslunn və Frederissunn inzibati ərazi vahidləri internet proqramının tətbiqi üzrə tərəfdaşlıq sazişi imzalayıblar. Bu saziş rəqəmli texnologiyaların köməyi ilə bütün şəhər təsərrüfatını, o cümlədən işıqlandırma, duracaq, enerji sistemləri və mülki təyinatlı obyektləri vahid şəkildə birləşdirmək məqsədi daşıyır.

Sazişlə Kopenhagen Barselona, Amsterdam, Hamburq, Çikaqo, Dallas, San-Fransisko, Sonqdo, Nitsa və Kanzas-Sitidən sonra rəqəmli inqilab dövrünə daxil olur. Bu şəhərlər internetə qoşulmuş müasir şəbəkə infrastrukturu ilə təsərrüfatlarını yeniləyib. Ümumşəhər şəbəkə platformasına müxtəlif əlavələri qoşmaq imkanı sosial, ekoloji və iqtisadi vəziyyəti köklü şəkildə dəyişən müasir bələdiyyə xidmətlərinin işinin təmini üçün yeni perspektivlər açır.

Albertslunnda “ağıllı” işıqlandırma sisteminin iş qabiliyyətini nümayiş etdirmək məqsədi daşıyan Danimarka kənar işıqlandırma tədqiqat laboratoriyası (Danish Outdoor Light Lab, DOLL) yaradılır. Bir açıq şəbəkədə kənar işıqlandırma üçün birləşdirilən 40 həll ictimai təhlükəsizlik səviyyəsini artırmaqla maliyyə xərclərinin və elektrik enerjisindən istifadə həcminin azaldılmasına böyük imkanlar yaradacaq.
Yaşıl əkin sahələri ilə əhatə olunan Vinc şəhərində (Kopenhagenin 40 kilometrliyində yerləşir) Avropanın ən ekoloji və innovativ baş inkişaf planlarından biri hazırlanıb. Planın əsasını karbon qazının atmosferə bütövlükdə buraxılmaması təşkil edir. Bu məqsədə nail olmaq üçün əlavələrə əsaslanan infrastrukturun formalaşdırılması üzrə bir sıra planlar qəbul edilib. Əlavələr insanları, məlumatları, proses və fiziki obyektləri bir yerdə cəmləşdirəcək.

Kopenhagendə isə “ağıllı” işıqlandırma, duracaq, su təchizatı idarəetmə sistemləri, “ağıllı” elektrik şəbəkəsi və sairin bir sistemdə birləşdirilməsi nəzərdə tutulur.

Danimarka paytaxtının və şəhərətrafı ərazilərin hakimiyyətləri 2025-ci ilədək karbon qazının atmosferə buraxılmasını tam dayandırmaq niyyətində olduqlarını bəyan ediblər. Ətraf mühitin vəziyyətinin yaxşılaşdırılmasında və “yaşıl” iqtisadiyyatın qurulmasında həlledici rolu yeni texnologiyaların oynayacağı bildirilir, - "IT Weekly www.it-weekly.ru” yazır.



Baxış sayı: 617

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024