12px13px15px17px
Tarix:24/06/14

“Milli rəqəmsal yaddaş” layihəsinə hazırlıq işləri aparılır

Yeni açılmış Mərkəzi Kitabxananın İnformasiya Resursları Mərkəzinin (İRM) Kitabxana şöbəsinin işçi heyəti müntəzəm olaraq hər həftənin bir günü Bakı şəhərində yerləşən muzeyləri ziyarət edirlər. Məqsəd “Milli rəqəmsal yaddaş” layihəsinə hazırlıq işlərinin planlaşdırılması və məlumat bazasının zənginləşdirilməsidir.
 
İRM-in işçi personalı may ayından başlayaraq Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi, Muzey  Mərkəzi, Hüseyn Cavidin Ev Muzeyi, Müasir İncəsənət Muzeyi  və Miniatür Kitab Muzeyini ziyarət etmiş, ekspozisiyalar ilə yaxından tanış olublar.
 
AMEA Mərkəzi Kitabxanasının ictimaiyyətlə əlaqələrə məsul əməkdaşı Ruslan Kərimov qeyd edib ki, ölkədə fəaliyyət göstərən kitabxana, fond, muzey, təhsil ocaqları, elmi tədqiqat müəssisələri, media qurumları, arxivlər, şəxsi kolleksiyalar, dövlət foto arxivi, həmçinin dünya muzeyləri və sərgi salonlarının Azərbaycana aid məlumatlarının elektron kataloqu və arxivi yaradılaraq “Milli rəqəmsal yaddaş” bazasına daxil ediləcək.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 668

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024