Tarix:24/06/14
Konfransdan əvvəl iştirakçılar Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil və tər çiçəklər qoyublar. Akademik Zərifə xanım Əliyevanın da abidəsi önünə tər çiçəklər düzüb, Şəhidlər Xiyabanını ziyarət ediblər. Konfrans iştirakçıları Bakı şəhərindəki akademik Zərifə Əliyeva adına liseyin işi ilə də tanış olublar.
İki gün davam edən konfransın plenar iclasında və beş elmi bölməsində (innovasiyalar və ənənələr: təhsilin keyfiyyəti; təhsilin idarə edilməsi: reallıqlar və perspektivlər; təhsilin keyfiyyətinin qiymətləndirilməsinin metodologiyası və texnologiyası; təhsilin keyfiyyətinin modernləşdirilməsinin psixoloji və sosial-iqtisadi aspektləri; tədrisin müasir problemləri) mütəxəssis alimlərin məruzələri dinlənilib və müzakirələr aparılıb.
Konfransın proqramına Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, Özbəkistan Dövlət Dünya Dilləri Universiteti, Ukraynanın M.P.Draqomanov adına Milli Pedaqoji Universiteti, Gürcüstan Dövlət Texniki Universiteti, Bakı Dövlət Universiteti, Belarus Diplomdansonrakı Təhsil Akademiyası, Qafqaz Universiteti, Ukrayna Təhsil Menecerləri Universiteti, Azərbaycan Dillər Universiteti, Əl-Farabi adına Qazax Milli Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Müəllimlər İnstitutu, Naxçıvan Müəllimlər İnstitutunun professor-müəllim heyəti, Bakıda fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin rəhbərlərinin və digər mütəxəssislərin 120-dən artıq məruzələri daxil edilib.
Plenar iclas Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda keçirilib. Konfrans iştirakçılarının və qonaqların BPKİYİ-nin fəaliyyəti ilə tanışlığı Heydər Əliyev muzey-lektoriyası ilə başlayıb. İnstitutda müasir avadanlıqlarla təchiz edilmiş auditoriyalar, kompüter mərkəzləri onlarda xüsusi təəssürat yaradıb. Son altı ildə institutun professor-müəllim heyəti tərəfindən respublikamızda və xaricdə nəşr etdirilmiş 900-ə qədər elmi əsər (monoqrafiyalar, kitablar, elmi məqalələr və s.), 11 beynəlxalq konfransın əsas təşkilatçılarından olması xüsusilə qeyd edilib.
Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru professor Asəf Zamanov konfransı giriş nitqi ilə açaraq konfransın əhəmiyyətini vurğulayıb. Rektorun giriş sözündən sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyinin rəsmi nümayəndəsi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Şaiq Əsgərov, Belarus Diplomdansonrakı Təhsil Akademiyasının rektoru professor Andrey Monastırnıy, Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç təbrik çıxışları ediblər. Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru professor Asəf Zamanov, Gürcüstan Dövlət Texniki Universitetinin professoru Boris İmnadze və digərləri geniş məruzələr ediblər. Müzakirələrdən sonra konfrans iştirakçılarına müvafiq sertifikatlar təqdim olunub.
CAHANGİR
“İnnovasiya, təhsilin keyfiyyəti və inkişaf” III Beynəlxalq elmi konfransı keçirilib
Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda (BPKİYİ) Azərbaycan, Belarus, Böyük Britaniya, Özbəkistan və Ukraynanın müvafiq ali məktəblərinin təşkilatçılığı, həmçinin mütəxəssislərinin iştirakı ilə “İnnovasiya, təhsilin keyfiyyəti və inkişaf” mövzusunda III Beynəlxalq elmi konfrans keçirilib. İnstitutdan verilən məlumata görə, konfransda ali məktəblərin rektorları, mütəxəssisləri, nazirliklərin və ölkəmizdə fəaliyyət göstərən səfirliklərin məsul şəxsləri iştirak ediblər.Konfransdan əvvəl iştirakçılar Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil və tər çiçəklər qoyublar. Akademik Zərifə xanım Əliyevanın da abidəsi önünə tər çiçəklər düzüb, Şəhidlər Xiyabanını ziyarət ediblər. Konfrans iştirakçıları Bakı şəhərindəki akademik Zərifə Əliyeva adına liseyin işi ilə də tanış olublar.
İki gün davam edən konfransın plenar iclasında və beş elmi bölməsində (innovasiyalar və ənənələr: təhsilin keyfiyyəti; təhsilin idarə edilməsi: reallıqlar və perspektivlər; təhsilin keyfiyyətinin qiymətləndirilməsinin metodologiyası və texnologiyası; təhsilin keyfiyyətinin modernləşdirilməsinin psixoloji və sosial-iqtisadi aspektləri; tədrisin müasir problemləri) mütəxəssis alimlərin məruzələri dinlənilib və müzakirələr aparılıb.
Konfransın proqramına Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, Özbəkistan Dövlət Dünya Dilləri Universiteti, Ukraynanın M.P.Draqomanov adına Milli Pedaqoji Universiteti, Gürcüstan Dövlət Texniki Universiteti, Bakı Dövlət Universiteti, Belarus Diplomdansonrakı Təhsil Akademiyası, Qafqaz Universiteti, Ukrayna Təhsil Menecerləri Universiteti, Azərbaycan Dillər Universiteti, Əl-Farabi adına Qazax Milli Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Müəllimlər İnstitutu, Naxçıvan Müəllimlər İnstitutunun professor-müəllim heyəti, Bakıda fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin rəhbərlərinin və digər mütəxəssislərin 120-dən artıq məruzələri daxil edilib.
Plenar iclas Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda keçirilib. Konfrans iştirakçılarının və qonaqların BPKİYİ-nin fəaliyyəti ilə tanışlığı Heydər Əliyev muzey-lektoriyası ilə başlayıb. İnstitutda müasir avadanlıqlarla təchiz edilmiş auditoriyalar, kompüter mərkəzləri onlarda xüsusi təəssürat yaradıb. Son altı ildə institutun professor-müəllim heyəti tərəfindən respublikamızda və xaricdə nəşr etdirilmiş 900-ə qədər elmi əsər (monoqrafiyalar, kitablar, elmi məqalələr və s.), 11 beynəlxalq konfransın əsas təşkilatçılarından olması xüsusilə qeyd edilib.
Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru professor Asəf Zamanov konfransı giriş nitqi ilə açaraq konfransın əhəmiyyətini vurğulayıb. Rektorun giriş sözündən sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyinin rəsmi nümayəndəsi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Şaiq Əsgərov, Belarus Diplomdansonrakı Təhsil Akademiyasının rektoru professor Andrey Monastırnıy, Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç təbrik çıxışları ediblər. Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru professor Asəf Zamanov, Gürcüstan Dövlət Texniki Universitetinin professoru Boris İmnadze və digərləri geniş məruzələr ediblər. Müzakirələrdən sonra konfrans iştirakçılarına müvafiq sertifikatlar təqdim olunub.
CAHANGİR
Baxış sayı: 758
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır