12px13px15px17px
Tarix:24/06/14

“Startap Azərbaycan” yarımfinalçıları ekspertlər qarşısında təqdimatlar ediblər

“Startap Azərbaycan” Təşkilat Komitəsi bildirir ki, yarımfinala çıxan startaplar  ekspertlərə öz layihələrini təqdim ediblər.

“Startap Azərbaycan” Təşkilat Komitəsindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, yarımfinala çıxan 15 layihədən 14-ü “Startap Azərbaycan” ekspertləri tərəfindən 2-ci səsvermə mərhələsində dəyərləndirilib.
 
Qiymətləndirmə mərhələsində 8 ekspert iştirak edib. Hər bir startap komandası 10 dəqiqə vaxt  ərzində öz layihələrinin əsas ideyaları və biznes-planları ilə bağlı ekspertləri məlumatlandırıblar. Ekspertlər layihələri 5 istiqamət (layihənin komandası, layihənin davamlılığı, layihənin ideyası və cəlbediciliyi, layihənin gəlirliliyi, layihənin əhatə dairəsi) üzrə 10 ballıq sistemlə qiymətləndiriblər.

Ekspertlərin yekun qiymətləndirilməsi əsasında finalçılar müəyyən olunacaq. Finalçılar iyulun 3-də keçirilməsi nəzərdə tutulan  yekun təqdimat mərasimində élan olunacaq. Finalçılara diplomlar və müxtəlif qiymətli hədiyyələr təqdim ediləcək.

Ənənəvi “Startap Azərbaycan” Milli Konfransının və finala çıxan startaplarla investorların qapalı görüşünün də (pitç sessiya)  iyulun 3-də  keçirilməsi nəzərdə tutulub. “Startap Azərbaycan” Azərbaycan İnternet Forumunun təşkilatçılığı ilə keçirilir.
“Startap Azərbaycan” layihəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu dəstək verir.  “Startap Azərbaycan”ın Akademik tərəfdaşı ADA Universitetidir. Yüksək Texnologiyalar Parkı, “İnfiPro”, “SİNAM” və “Bakcell” şirkətləri “Startap Azərbaycan”a dəstək verirlər.
 
Aynur Vəliyeva
 
 



Baxış sayı: 563

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024