12px13px15px17px
Tarix:27/06/14

Dünyanın ən nüfuzlu şirkətlərinin adları açıqlandı

"Reputation Institute" tədqiqat şirkəti dünyanın ən nüfuzlu şirkətlərinin reytinqini tərtib edib. Bu il sözügedən reytinqdə "Google" və "Walt Disney Company" şirkətləri birinci yerdə qərarlaşıblar. İkinci yerdə "BMW" və "Rolex" şirkətləri, "Sony və "Canon" müvafiq olaraq beşinci və altıncı yerdə qərarlaşıblar. "Apple" korporasiyası yeddinci olub.
 
"ICTnews" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, dünyanın ən nüfuzlu şirkətlərinin onluğunda, həmçinin "Samsung" və "Microsoft" şirkətləri yer alıb.
 
Xatırladaq ki, 2008-ci ildə "Samsung" şirkəti reytinqdə 196-cı yerdə qərarlaşıb, amma ilbəil göstəricilərini yaxşılaşdıraraq irəliyə doğru gedib. "Samsung hazırda Sony və Apple şirkətləri ilə bərabər səviyyədə dayanır" – "Forbes" nəşri yazıb.
 
"Reputation Institute" reytinqin tərtibi üçün dünyanın inkişaf etmiş iqtisadiyyata malik 15 regionunda 60 min respondent arasında sorğu keçirib.
 
Emil Hüseynov



Baxış sayı: 712

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024