12px13px15px17px
Tarix:27/06/14

“SABAH” qrupları üzrə test imtahanı 6 iyulda keçiriləcək

“SABAH” (Savadlı, bacarıqlı, hazırlıqlı) qrupları üzrə test imtahanı 6 iyul 2014-cü il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin 1-ci tədris binasında keçiriləcək.

Təhsil Nazirliyindən bildirilib ki, imtahanda iştirak üçün buraxılış vərəqəsini 2 iyul tarixinədək ixtisasa uyğun Baza Ali Təhsil Müəssisələrində müvafiq otaqlardan əldə etmək olar: “Gəncə ali təhsil müəssisələrindən və Mingəçevir Politexnik İnstitutundan müraciət edən tələbələr bildirişləri Gəncə Dövlət Universitetindən, Naxçıvan ali təhsil müəssisələrindən müraciət edən tələbələr Naxçıvan Dövlət Universitetindən, Lənkəran Dövlət Universitetindən müraciət edən tələbələr isə Lənkəran Dövlət Universitetindən əldə edə bilərlər”.
 
 
İmtahan 25 məntiq və 25 xarici dil olmaqla 50 sualdan ibarət olacaq və sonda müsahibədən keçmək nəzərdə tutulur: “Test imtahanına aid nümunələr “SABAH”-ın rəsmi internet səhifəsində təqdim edilib. “SABAH” qruplarına tələbələrin qəbulu üzrə müsabiqənin II mərhələsində test imtahanının keçirilməsi üçün Təhsil Nazirliyi tərəfindən “Test bankı” hazırlanıb. Test imtahanı xarici dil və məntiq komponentləri üzrə aparılır. Sözügedən mərhələləri daha yüksək nəticə ilə keçənlər “SABAH” qrupunun tələbələri olacaq və ikinci kursdan etibarən ixtisaslarına uyğun baza ali təhsil müəssisəsində təhsillərini davam etdirəcəklər”.
 
 “SABAH” qrupları 33 ali təhsil müəssisəsində yaradılmaqla, 52 ixtisası əhatə edəcək. İxtisaslara BDU-da “İnformatika müəllimliyi”, “Kompüter elmləri”, “Elektronika, telekommunikasiya  və radiotexnika mühəndisliyi”, “Kompüter mühəndisliyi”, “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi”, ADPU-da “Riyaziyyat və informatika müəllimliyi” və s. istiqamətlər daxildir. 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 692

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024