12px13px15px17px
Tarix:28/06/14

Nazirliyin internet resursunda açıq hökumət prinsipləri tətbiq olunur

Müdafiə Sənayesi Nazirliyinin rəsmi internet portalında (www.mdi.gov.az) yerləşdirilmiş “Daxili İcraat Qaydaları”nda, əsasən, sorğu ilə müraciət etmiş şəxsin məlumat əldə etmək hüququ, informasiya əldə etmənin formaları, informasiya sorğusunun icra olunma üsulları və s. kimi məsələlər əksini tapıb.
 
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu, “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın adıçəkilən nazirliyə aid bəndlərinin 2013-cü il üzrə icra vəziyyəti ilə bağlı məlumatda yer alıb.
 
 
Planın digər aidiyyəti istiqamətlərinə uyğun olaraq, nazirliyin fəaliyyətinə dair cari məlumatlar, habelə illik hesabatlar dövlət sirri haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla nazirliyin internet portalında yerləşdirilib.
 
 
Bundan başqa, normativ hüquqi sənədlərin ilkin layihələrinin internet portalda yerləşdirilərək ictimaiyyətin müzakirəsinə çıxarılması, portalın “Onlayn müraciət” bölməsi vasitəsilə vətəndaşların təklif və rəylərinin qəbulu təmin edilib.
 
 
CAHANGİR



Baxış sayı: 870

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024