Tarix:30/06/14
Nazirlik nümayəndəsi deyib ki, buna səbəb “Verizon”un ABŞ Milli Təhlükəsizlik Agentliyi (MTA) ilə əməkdaşlıq etməsi ilə bağlı şübhələrin yaranması deyil. Buna baxmayaraq MTA-nın fəaliyyəti ilə bağlı dərc edilən məlumatlar və agentliyin dövlət rəhbərlərinin, o cümlədən Almaniya kansleri Angela Merkelin telefonlarının dinlənilməsində ittiham edilməsi hökuməti təhlükəsizlik sisteminin yaxşılaşdırılması məsələsinə yenidən baxmağa məcbur edib.
“Verizon Communications” şirkətinin Almaniya bölməsi bir sıra dövlət idarələrinə internet xidmətləri təqdim edir və onların kompüter şəbəkəsinə xidmətlər göstərir. Nazirlik rəsmisinin sözlərinə görə, belə saziş nə ABŞ-ın digər rabitə operatorları, nə də başqa ölkələrin operatorları ilə imzalanıb.
“Verizon” nümayəndələri bəyan ediblər ki, şirkətin Almaniya bölməsi ölkədə qeydiyyatdan keçib və yerli qanunlara uyğun fəaliyyət göstərir. ABŞ hakimiyyəti “Verizon” abunəçilərinin ölkədən kənarda saxlanılan məlumatlarına çıxış imkanı əldə edə bilməz, - "Computerworld www.osp.ru” yazır.
Almaniya hökuməti “Verizon” operatorunun xidmətlərindən imtina edir
Almaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, növbəti ilin sonunadək bütün dövlət müəssisələrinə xidmətləri ABŞ-ın “Verizon” operatorunun əvəzinə yerli "Deutsche Telekom” şirkəti göstərəcək.Nazirlik nümayəndəsi deyib ki, buna səbəb “Verizon”un ABŞ Milli Təhlükəsizlik Agentliyi (MTA) ilə əməkdaşlıq etməsi ilə bağlı şübhələrin yaranması deyil. Buna baxmayaraq MTA-nın fəaliyyəti ilə bağlı dərc edilən məlumatlar və agentliyin dövlət rəhbərlərinin, o cümlədən Almaniya kansleri Angela Merkelin telefonlarının dinlənilməsində ittiham edilməsi hökuməti təhlükəsizlik sisteminin yaxşılaşdırılması məsələsinə yenidən baxmağa məcbur edib.
“Verizon Communications” şirkətinin Almaniya bölməsi bir sıra dövlət idarələrinə internet xidmətləri təqdim edir və onların kompüter şəbəkəsinə xidmətlər göstərir. Nazirlik rəsmisinin sözlərinə görə, belə saziş nə ABŞ-ın digər rabitə operatorları, nə də başqa ölkələrin operatorları ilə imzalanıb.
“Verizon” nümayəndələri bəyan ediblər ki, şirkətin Almaniya bölməsi ölkədə qeydiyyatdan keçib və yerli qanunlara uyğun fəaliyyət göstərir. ABŞ hakimiyyəti “Verizon” abunəçilərinin ölkədən kənarda saxlanılan məlumatlarına çıxış imkanı əldə edə bilməz, - "Computerworld www.osp.ru” yazır.
Baxış sayı: 650
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır